Sərnişin qatarın damında diri diri yandı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Stavropol diyarında biletsiz olduğu üçün qatardan düşürülən bir kişi təhlükəli addım ataraq vaqonun damına qalxıb. Avtosfer.az xəbər verir ki, hadisə zamanı o, yüksək gərginlikli elektrik xətlərinə toxunan kimi güclü cərəyanın təsiri ilə dərhal alovlanıb və qatarın üzərində diri-diri yanmağa başlayıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə şəxsin elektrik xəttinə toxunduğu an və ardınca alov içində qalaraq ağır vəziyyətə düşdüyü açıq şəkildə görünür. Görüntülər olduqca sarsıdıcı və dəhşətli xarakter daşıyır. Şahidlərin sözlərinə görə, hadisə saniyələr içində baş verib və müdaxilə etmək mümkün olmayıb. Ətrafda olan bəzi şəxslərin isə kömək etmək əvəzinə baş verənləri mobil telefonla lentə alması xüsusi narazılıq doğurub. /Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 22 Mart 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















