Sərnişin təyyarəni qaçırmağa cəhd etdi: qarşısını belə aldılar
Icma.az, Publika.az saytına istinadən bildirir.
Meksikada bir sərnişin daxili reyslə uçan təyyarəni zorla ABŞ-a yönləndirməyə çalışıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin aparıcı aviaşirkətlərindən biri olan “Volaris” açıqlama yayıb.
Bildirilib ki, Meksikanın mərkəzindəki El Bajio bölgəsindən Tixuana şəhərinə uçan təyyarənin sərnişini işçilərə hücum edərək kabinəyə girməyə cəhd edib. Onun təyyarəni zorla ABŞ-a yönləndirmək cəhdinin qarşısı kabin heyəti və sərnişinlər tərəfindən alınıb.
Daha sonra təyyarə təyinat yerindən təxminən 2220 kilometr aralıda yerləşən “Qvadalaxara” Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Saxlanılan sərnişin ilk ifadəsində bu cəhdi yaxın qohumunun cinayətkarlar tərəfindən qaçırıldığı və hədələndiyi üçün etdiyini iddia edib.
Bildirilib ki, şirkət məhkəməyə müraciət edərsə, şübhəli 3 ildən 20 ilə qədər həbs cəzası ala bilər.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















