Sərnişinə Rədd olun, keçin arxaya deyən sürücü işdən ÇIXARILDI
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb.
Redaktor.az "Bakupost"a istinadla xəbər verir ki, görüntülər yayıldıqdan sonra sürücünün kimliyi müəyyənləşdirilib və onunla bağlanmış əmək müqaviləsinə bu gündən xitam verilib.
"Çinar Trans" MMC-dən bildirilib ki, hadisə ilə bağlı digər sürücülərə əlavə təlimat verilib:
"Biz həmin görüntüləri görəndən sonra bütün sürücüləri təlimatlandırmışıq, lazımi tapşırıqlar vermişik ki, sürücü ilə sərnişin arasında heç bir mübahisə, kobud rəftar olmasın. Həmin sürücü ilə bağlı da iclas keçirdik. Onu bu gün işdən azad etdik".
Qeyd edək ki, mübahisəyə sürücünün avtobusa minən sərnişinlərə "Rədd olun, keçin arxaya" deməsi səbəb olub.
Baxış sayı:64
Bu xəbər 28 Sentyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















