Sərnişinlə mübahisə edən BakuBusın sürücüsü işdən çıxarıldı VİDEO (YENİLƏNİB)
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün, saat 21:30 radələrində, “BakuBus” MMC-nin istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttində sürücü ilə sərnişin arasında insident baş verib.
"BakuBus"dan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılıb:
"Araşdırma zamanı müəyyən olunub ki, sürücü Rəcəbov Xəyalət Azad oğlu tərəfindən qaydalar kobud şəkildə pozulub. Bu səbəbdən, əmək qanunvericiliyinə uyğun olaraq sürücünün işdən azad edilməsi barədə qərar qəbul edilib.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik.
Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik".
***
12:38
Bakıda avtobusda mübahisə yaşanıb.
"Unikal"ın məlumatına görə, bu barədə görüntülər 149 nömrəli “Baku Bus” sərnişindaşıma avtobusunda lentə alınıb.
Belə ki, avtobus sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 06 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















