Sərnişinlərə ŞAD XƏBƏR Bu köhnə avtobuslar yenilənir
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xatırladaq ki, bir müddət öncə Koroğlu-Maştağa-Buzovna istiqamətində hərəkət edən 107 nömrəli marşrutunun yararsız vəziyyətdə olması ilə bağlı məsələni işıqlandırmışdıq.
Belə ki, sərnişinlər bildirmişdilər ki, avtobus köhnə olduğu üçün hərəkət zamanı problemlər yarana bilir.
Son günlər isə belə bir iddia yayılıb ki, bu marşrut üzrə avtobusların yenilənməsi gözlənilir.
Məsələni aydınlaşdırmaq üçün marşrutun daşıyıcı şirkəti "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva ilə əlaqə saxladıq.
O açıqlamasında bu məlumatı təsdiqləyib, bildirib ki, bu avtobusların dəyişdirilməsi gözlənilir.
"Bəli, 107 nömrəli marşrut xətti üzrə avtobuslar 2026-cı ilin ortasından sonra avqustda, sentyabrda dəyişəcək. Daşıyıcı şirkət yox, sadəcə avtobuslar dəyişəcək".
Bəs yeni avtobuslar elektrikli olacaq?
"Xeyr, avtobuslar elektrikli yox, qazla işləyən, kart sistemli olacaq".
İradə Əliyeva bildirib ki, şirkətin tabeliyində olan başqa avtobusların da yenilənməsiylə bağlı planlar var.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 29 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















