Sərnişinləri ölümdən xilas edən 92 nömrəli avtobusun sürücüsü hadisə anını DANIŞDI
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün Biləcəri qəsəbəsində yük avtomobilinin körpüdən aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə zamanı həmin ərazidən keçən 92 nömrəli marşrut avtobusunun sürücüsü peşəkarlıq göstərərək sərnişinləri təhlükədən qoruyub.
Sürücü İTV-yə açıqlamasında bildirib ki, qırmızı işıqda dayanıb. Lakin birdən yuxarıdan yük avtomobilinin gəldiyini görüb və dərhal arxa istiqamətə hərəkət etməyə məcbur olub:
"Arxaya verməsəydim, sərnişinlər xəsarət alacaqdılar. Saniyələr önəmli idi. Qabağa gedə bilməzdim, yol dolu idi. Məcburiyyət qarşısında qaldım və arxaya verərək sərnişinləri xilas etdim. Heç bir şey ağımdan keçmirdi, əsas məqsəd sərnişinləri təhlükəsiz şəkildə qorumaq idi".
Sürücünün düzgün və vaxtında reaksiyası sayəsində hadisə daha ciddi fəsadlarla nəticələnməyib.
Daha ətraflı İctimai Televiziyanın (İTV) videomaterialında:
Sərnişinləri ölümdən xilas edən 92 nömrəli avtobusun sürücüsü hadisə anını DANIŞDI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















