Icma.az
close
up
RU
Sərnişinlərin DİQQƏTİNƏ “Bolt” taksidə təhlükəsiz səfər sistemini işə saldı

Sərnişinlərin DİQQƏTİNƏ “Bolt” taksidə təhlükəsiz səfər sistemini işə saldı

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

İstifadəçilər artıq təhlükəsizliklə bağlı məqamları real vaxtda onlayn şəkildə bildirə bilərlər
Bolt tətbiqi vasitəsilə xidmət göstərən sürücülər və sərnişinlərin təhlükəsizliyi şirkətin fəaliyyətində əsas prioritetdir. Texnologiyaya əsaslanan həllərlə istifadəçilərə rahat və etibarlı nəqliyyat təcrübəsi təqdim edən platforma, təhlükəsizlik sahəsində daima yeniliklər və təkmilləşdirmələr həyata keçirir.
Səfər zamanı təhlükəsizliyi artırmaq məqsədilə tətbiqdə bir neçə funksiya mövcuddur:
- Səfərin canlı izlənməsi və yaxınlarla paylaşılması,
- Təcili yardım düyməsi,
- “Trip anomaly” funksiyası – avtomobil 10 dəqiqə hərəkətsiz qalarsa, sistem avtomatik olaraq istifadəçi ilə əlaqə saxlayır.
 Bütün səfərlər GPS vasitəsilə izlənilir və qeydə alınır.
Artıq bir neçə aydır ki, tətbiqdə Pick-up Code (Gedişin təsdiq Kodu) adlı yeni təhlükəsizlik funksiyası da istifadəyə verilib. Bu funksiya səfərin yalnız düzgün sürücü və sərnişin arasında başladığını təsdiqləyir və yanlışlıqla başqa bir şəxsin təyin edilmiş avtomobilə əyləşməsinin qarşısını alır. Sərnişin bu kodu “Təhlükəsizlik” bölməsindən aktivləşdirə bilər.
Bundan əlavə, səfər zamanı tətbiqdə yerləşən “Təhlükəsizlik Alətləri dəsti” bölməsi vasitəsilə istifadəçilər səfər zamanı yüksək sürət, sürücünün diqqətsiz davranışı (məsələn, telefonla danışması) və digər təhlükəli hallar haqqında qeyd göndərə bilərlər.
Bolt-un Etimad və Təhlükəsizlik üzrə meneceri İsa Rəhimli bildirib:
“Tətbiq daxilində səfərdən əvvəl, səfər zamanı və səfərdən sonra təhlükəsizliyi təmin edən bir sıra funksiyalar mövcuddur. Ən vacib məqamlardan biri budur ki, sərnişinlər hər hansı narazılıq yarandıqda — məsələn, avtomobil məlumatlarının uyğun olmaması, sürücünün qeyri-etik davranışı və ya digər təhlükəsizliklə bağlı hallar zamanı — tətbiq vasitəsilə Müştəri Dəstəyi ilə əlaqə saxlayaraq şikayətlərini bildirsinlər.
Eyni zamanda, istifadəçilərə tövsiyə olunur ki, səfərdən əvvəl avtomobilin nömrə nişanını, sürücünün şəklini və adını tətbiqdə göstərilən məlumatlarla müqayisə edərək yoxlasınlar. Marşrutu yaxınlarla paylaşmaq və səfərdən sonra sürücünü qiymətləndirmək həm təhlükəsizliyi artırır, həm də xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir.”
Bolt şirkəti tərəfindən görülən bütün bu tədbirlərin əsas məqsədi sürücü tərəfdaşların, sərnişinlərin və ümumilikdə şəhər sakinlərinin gündəlik həyatında təhlükəsiz və rahat taksi xidmətindən istifadəsini təmin etməkdir.
Qeyd edək ki, Bolt tətbiqi vasitəsi ilə fəaliyyət göstərən bütün sürücülərin yerli qanunvericiliyə tam uyğun şəkildə xidmət göstərməsi əsas prioritetlərimizdəndir. Bu məqsədlə, aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq edərək aktiv sürücülərin lazımi lisenziyaya malik olmalarını və nəqliyyat xidmətləri üçün tələb olunan bütün hüquqi və əməliyyat standartlarına cavab vermələrini təmin edirik. Bu əməkdaşlıq təhlükəsizliyin, şəffaflığın və tənzimləyici orqanlarla uzlaşmanın davamlı şəkildə qorunmasına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 İyun 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri