Sərnişinlərin həyatı təhlükədə ADY açıqlama yaydı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Bu ilin yanvar-sentyabr aylarında hərəkətdə olan sərnişin və yük qatarlarına 26 dəfə daş atılıb.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə belə hadisələrin sayı 38 faiz azalıb.
Buna baxmayaraq, qatarlara daş atılması sərnişinlərin və qatar heyətinin həyatı üçün ciddi təhlükə yaradır. Belə hallarda qatarlara ziyan dəyir, maşinistlər qatarı təcili saxlamaq məcburiyyətində qalır və nəticədə hərəkət cədvəlində gecikmələr yaranır. Marqarita pizza
Aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir hadisə üzrə müvafiq araşdırma aparılıb.
ADY qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırıb.
Qeyd edək ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayət hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















