Sərnişinlərin NƏZƏRİNƏ! Bakı metrosunda qatarlarının hərəkət qrafiki dəyişir
Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar noyabr ayının 30-dan Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə də dəyişikliklər ediləcək.
İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.
Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 29 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















