Şərq qəzetinin yaranmasından 29 il ötür
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən "Şərq" qəzetinin fəaliyyətə başlamasından 29 il ötür.
AYNA.AZ xəbər verir ki, “Şərq” qəzeti cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin oxucuya çatdırılmasında mühüm rol oynayan, bu istiqamətdə öz tarixi missiyasını layiqincə yerinə yetirən mətbuat orqanlarından biridir.
Yarandığı gündən dövlət maraqlarını hər şeydən üstün tutan “Şərq” qəzeti milli mətbuatımızın “Əkinçi”dən qaynaqlanan zəngin ənənələrini qoruyub yaşatmaqla yanaşı, həmçinin onları müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirib.
“Şərq” qəzeti bu gün də öz prinsiplərinə sadiq qalır.
1996-cı il noyabrın 1-də Akif Aşırlı tərəfindən nəşr edilən qəzet böyük rəqabətə baxmayaraq, öz fəaliyyətini, oxunaqlığını qoruyub saxlaya bilib.
Hər zaman olduğu kimi, bu gün də peşəkarlığını qoruyub saxlayan “Şərq” qəzeti xəbər saytı və internet televiziyası siması ilə də cəmiyyətə dəqiq və operativ məlumatların, ictimai-siyasi hadisələrin analizlərini təqdim etməkdədir.
"AYNA" qəzeti olaraq həmkarlarımızı təbrik edirik!
Baxış sayı:41
Bu xəbər 01 Noyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















