Icma.az
close
up
RU
Şərqdə ilk parlamentli respublika

Şərqdə ilk parlamentli respublika

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixində mühüm dönüm nöqtələrindən biri 1918-ci ilin 28 may tarixində qəbul edilmiş İstiqlal Bəyannaməsidir. Bu sənəd təkcə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etməklə kifayətlənməmiş, həm də xalqımızın azadlıq və müstəqillik arzusunu rəsmi şəkildə bəyan etmişdir. Həmin gün Azərbaycan xalqı tarix səhnəsində ilk dəfə olaraq öz taleyinə sahib çıxaraq, milli dövlət qurmaq iradəsini ortaya qoymuşdur. İstiqlal Bəyannaməsi məhz bu ruhun rəmzi, milli oyanışın təməl daşı və dövlətçilik ənənələrimizin bərpası yolunda mühüm bir sənəd olmuşdur.

XX əsrin əvvəlləri Azərbaycanın tarixi üçün mürəkkəb və bir o qədər də əhəmiyyətli bir dövr olmuşdur. Çar Rusiyasının süqutundan sonra yaranan siyasi boşluq bölgədə yeni dövlətlərin formalaşması üçün zəmin yaratdı. Azərbaycan ziyalıları və milli qüvvələr bu tarixi fürsəti dəyərləndirərək 1918-ci ilin mayında Tiflisdə toplaşaraq İstiqlal Bəyannaməsini qəbul etdilər. Bu sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu və ölkənin sərhədləri daxilində yaşayan bütün millətlərə bərabər hüquqlar verildi. İstiqlal Bəyannaməsi bu baxımdan həm də regionda ilk dünyəvi, demokratik respublikanın əsasını qoymuş sənəd idi. Qadınlara seçki hüququnun verilməsi, siyasi plüralizmin tanınması və insan hüquqlarının qorunması kimi prinsiplər həmin dövr üçün çox mütərəqqi idi. İstiqlal Bəyannaməsi Azərbaycan xalqında böyük bir ruh yüksəkliyi yaratdı.
Uzaq-yaxın kəndlərdən tutmuş böyük şəhərlərə qədər bu qərar sevinc və qürur hissi ilə qarşılandı. Xalqın içində illərlə basdırılmış olan azadlıq arzusu alovlandı, milli şüur sürətlə yüksəldi. Müxtəlif təbəqələrdən olan insanlar – ziyalılar, kəndlilər, işçilər – dövlət quruculuğuna dəstək verməyə başladılar. Məktəblərdə ana dilində tədris, milli ordunun yaradılması, milli mətbuatın inkişafı kimi proseslər xalqın müstəqillik düşüncəsini daha da möhkəmləndirdi. İstiqlal Bəyannaməsi, həmçinin, milli kimliyin formalaşmasında mühüm rol oynadı. Bu sənəd xalqımıza özünü bir millət kimi dərk etmə, öz mədəniyyətinə, dilinə, tarixinə sahib çıxma hissi aşıladı. Bu mənada İstiqlal Bəyannaməsi yalnız siyasi sənəd deyil, həm də milli-ideoloji manifest idi. Azərbaycan Xalq Cümhuriyyəti hər nə qədər qısaömürlü (1918–1920) olsa da, onun yaratdığı dövlətçilik ənənəsi və müstəqillik ideyası xalqın yaddaşında əbədi iz buraxdı. 1991-ci ildə Azərbaycan Sovet İttifaqından ayrılaraq yenidən müstəqil olduqda, bu prosesin ideoloji əsasını məhz 1918-ci ildə qəbul edilən İstiqlal Bəyannaməsi təşkil edirdi.
Bu gün də Azərbaycan Respublikasının dövlətçilik fəlsəfəsində, Konstitusiyasında və ümumilikdə siyasi kursunda o dövrün prinsiplərinin davamını görmək mümkündür. Xalqımız üçün bu sənəd bir tarix faktı olmaqdan çox, milli iradənin təcəssümüdür. İstiqlal Bəyannaməsi Azərbaycan xalqının tarixində böyük dönüş nöqtəsidir. Bu sənəd xalqın öz müqəddəratını müəyyən etmək hüququnu tanıdığı, müstəqillik hisslərinin alovlandığı bir dövrün rəmzidir. O günlərdə atılan addımlar bu günün müstəqil və güclü Azərbaycanının təməlini qoymuşdur. İstiqlal Bəyannaməsi təkcə keçmişin yaddaşı deyil, həm də gələcəyə yol göstərən mayakdır. Onun ideyaları xalqımızın müstəqillik hisslərini daim gücləndirmiş və gücləndirməkdə davam edir.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri