Şərqi Azərbaycanda quraqlıq olacaq Su anbarları boşalıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Cari yağıntı ilində Şərqi Azərbaycan əyalətinin bəndlərind olan su ehtiyatı 61%, bu bəndlərə daxil olan suyun həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalıb.
Gunaz.tv
Bu barədə əyalətin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə deyib.
"Şərqi Azərbaycanda su anbarlarının ümumi həcmi təbii səviyyədə 603 milyon 400 min kubmetr olduğu halda, hazırda anbarlarda olan su miqdarı 235 milyon 700 min kubmetr, bu isə onların ümumi tutumunun 39 faizi deməkdir",- o bildirib.
Qafarzadə, 84% azalma ilə su ehtiyatlarının tükənməsində Zunuz anbarının birinci yerdə olduğunu söyləyib.
Qeyd edək ki, mütəxəssislər su qıtlığının yaranmasında əlaqədar dövlət qurumlarını günahlandırır, yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini bildirirlər.
Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə edilməsi quraqlığın artmasına səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 11 Mart 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















