Icma.az
close
up
RU
Şərqi məhvə sürükləyən qan fırtınası

Şərqi məhvə sürükləyən qan fırtınası

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

İsrail-İran savaşı yeni dialoq üçün şərtlər formalaşdıra biləcəkmi?

İran-İsrail və ya İsrail-İran müharibəsinin yeni mərhələsi davam edir. İndiyədək bu iki dövlət arasında savaş Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah”, Suriyada Bəşşar Əsəd, Yəməndə husi qiyamçıları vasitəsi ilə aparılırdı. Ötən il isə qarşılıqlı şəkildə raket atəşi artıq tərəflər arasında silahlı münaqişənin yeni mərhələsi sayılır.

Donald Tramp ikinci dəfə prezident seçildikdən sonra İranla danışıqlara hazır olduğunu bildirdi. O, hətta, İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamənei və Prezident Məsud Pezeşkianla görüşmək niyyətini də açıq bildirdi.

Məsud Pezeşkian prezident seçkisi qabağı kampaniyada qərblə dialoqa açıq olduğunu bildirirdi.

Qarşılıqlı raket zərbələrindən mübadilələrindən təxminən bir il sonra Omanın vasitəçiliyi ilə ölkə paytaxtı Masketdə ABŞ və İran rəsmi nümayəndələri arasında birbaşa olmayan ilk görüş başladı. Bu danışıqların beş mərhələsinin keçirilməsi Vaşinqton-Tehran yaxınlaşmasının baş verəcəyinə ümidləri artırır, tərəflər arasında mübahisəli məsələlərin dinc, danışıqlar yolu ilə normalaşacağına inam yaradırdı. Çünki Suriya, İraq, Yəmən, Liviya, Livanda baş vermiş hadisələr Yaxın Şərqdə vəziyyəti bütün baxımlardan dramatik hala salmışdı.

Ona görə də regionda ölkələr, qonşular İrandakı hakimiyyətlə İsrail və ABŞ-nin dil tapacağını gözləyirdi.

Görüşün beşinci raundundan sonra ABŞ-nin İrana nüvə məsələsi ilə bağlı təklifləri və ondan istəkləri məlum oldu.

Rəsmi Vaşinqton Tehrandan nüvə fəaliyyətinin tamamilə dayandırmağı, konsorsiumun nəzarəti altında uranın başqa ölkədə zənginləşdirilıməsini tələb edirdi. Bununla yanaşı Ağ ev qarşı tərəfə nüvə məsələsi ilə bağlı başqa təklifləri də təqdim etmişdi. Tehran nüvə fəaliyyətini dayandırmaycağını, uranı isə öz ölkəsində zənginləşdirəcəyini bildirməklə yanaşı, nüvə silahı əldə etmək niyyəti və planının olmadığını vurğulayırdı.

İsrailin Baş naziri Binyamin Netanyahu isə bəyan etdi ki, onlar hücum etməsə idi, İranın husilərə verdiyi nüvə silahını qiyamçılar yəhudi dövləti ərazisinə atacaqdı. Yaxud hökumət başcısı bildirmişdi ki, İsrail hücum etməsə idi, İran bu addımı atacaqdı və s.

Bunların fakt, yaxud arqument olduğunun təsdiqini tarix verəcək.

Bu əməliyyatda İsrailin İrandakı hədəfləri isə aşağıdakılardır:

Birincisi nüvə təsisatları. Bu qurumların binasının dağılması Tehranın nüvə texnoloji sahəsinə ciddi zərbə olacaq. Onun dirçəldilməsinə yeni maliyyə və başqa vəsaitlərin tapılması çətin olacaq. Bu kimi səbəblərdən onları sıradan çıxarmaq İsrail üçün vacib sayılır.

İkincisi, nüvə fizikləri. Bu sahənin 14 aliminin öldürüldüyü bildirilir. Onların öldürülməsi İranın nüvə texnologiyasının dirçəlməsinin qarşısının alınmasına xidmət edən digər amil oldu.

Üçüncüsü, hərbi obyektlərin və ordu başçılarının vurulması. İrandakı mövcud hakimiyyətin əsas dayağı İnqilab Keşikçiləri Qvardiyasıdır (Sepah). Hücumun ilk günündə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin, Sepahın komandanının, SEPAH Hava Qüvvələri və Aerokosmik Qüvvələrinin komandanı və başqa yüksək rütbəli, vəzifəli hərbçilərin öldürülməsi İslam Respublikasının kadr baxımından hərbi gücünün zəiflədilməsinə, onların təhlükəsizliyinin təmin olunmaması ilə bağlı ziddiyyətə şərait yaratmağa xidmət edə bilər.

İsraillə İran arasında quru sərhədi olmadığı üçün Sepah və bəsiclərin qərargahlarını vurmaqda hədəf ehtimal etmək olar ki, İranı canlı qüvvə baxımından itkiyə məruz qoymaqdır.

Hərbi sənaye kompleksinin binalarının hədəfə alınmasında məqsəd İranın raket, dron və başqa hərbi texnika və avadanlıq istehsalının qarşısını almaqdır.

Bu dəfəki hücum ötən ilkindən fərqlənir. İsrailin İrana bu dəfəki həmləsi HƏMAS və “Hizbullah” qarşı əməliyyatları xatırladır. Deməli, hədəf yalnız nüvə obyektləri deyil. Bu həm də mövcud hakimiyyəti hərbi, siyasi və başqa baxımdan ən yaxşı halda zəiflətməkdir.

Uzun illərdir İranın siyasi elitasında ABŞ başda olmaqla qərblə danışıqlar aparmaq təklif olunur. Ancaq son anda hakimiyyətdəki mühafizəkar xəttin nümayəndələri prosesi əngəlləyirlər. Elə son 20 ildə islahatçı keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhaninin dövründə əldə edilmiş müəyyən nailiyyətlərin üzərindən çəkilən xətləri yada salmaq kifayət edər. Hərçənd, 2015-ci il iyulun 15-də qəbul edilmiş Əhatəli Razılaşma Planı Müqaviləsinin icrasında qərbin də günahı az olmayıb.

İslam Respublikası bildirir ki, İsrail BMT Nizamnaməsini pozub. İran Xarici İşlər Nazirliyi qurumun Təhlükəsizlik Şurasını yəhudi dövlətini mühakimə etməyə çağırıb.

Yaxın Şərq və Körfəz dövlətləri müharibəni pisləyib. Azərbaycan və Türkiyə də çıxış yolunun danışıqlar olduğunu istisna etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla ölkənin bir sıra rəsmiləri ABŞ, Böyük Britaniya, Rusiya və başqa dövlətlərin təmsilçiləri ilə vəziyyəti müzakirə edib. Çıxış yolundan danışıblar. Türkiyə vasitəçilik etməyə hazır olduğunu da bildirib.

Azərbaycan üçün də İran və İsrail yaxın dövlətlərdir. İslam Respublikası qonşudur. Orada milyonlarla Azərbaycan türkü yaşayır. Onların taleyi Azərbaycan Respublikası üçün prioritetdir. Həm də bu ölkə ilə son zamanlar yaxınlaşma prosesi gedir. Məsud Pezeşkianın Bakıya səfərini, Tehranın Azərbaycana Müctəba Dəmirçilini yeni səfir olaraq təsdiqləməsi münasibətlərdəki istiləşməyə örnək sayıla bilər.

İsrail isə Azərbaycanın tərəfdaşıdır. Ölkə ictimaiyyəti onun bu keyfiyyətini Qarabağ və ətraf rayonların Ermənistanın işğalından azad edilməsi zamanı gördü. Yəhudi dövləti, vətəndaşları, diasporası Azərbaycanın bu ölkədəki diaspor nümayəndələri özünü dürüst tərəfdaş olaraq apardı.

Ona görə də Azərbaycan İsrail və İran arasında seçim etmir. Rəsmi Bakı tərəflər arasında mübahisəli məsələlərin dialoq yolu ilə həllinə tərəfdardır və bu istiqamətdə onlara dəstək də verə bilər.

Hər bir halda bu müharibə də bitəcək, danışıqlar başlayacaq. “The New York Times” bildirib ki, Donald Tramp ABŞ-nin vitse-prezidenti Cey Di Vens və müşaviri Stiv Uitkoffu bu həftə İran nümayəndələri görüşməyi təklif edib. Ancaq artıq dialoq masası arxasında qüvvələr nisbəti əvvəlki kimi çətin ola.…

Analitik qrup

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see141

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see128

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see125

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see121

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri