Şərqi Qazaxıstanda ən böyük təbii konkisürmə meydançası açılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 27 yanvar, AZƏRTAC
Şərqi Qazaxıstan vilayətində Ulansk rayonunun Sibinski göllərində yerləşən ən böyük təbii buz meydançası açılıb.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu hadisə regionda qış turizminin inkişafında yeni mərhələnin başlanğıcını qoyur.
Sibinski gölləri Altay dağlarında beş su anbarından ibarət şəlalədir. Bu ərazi əvvəllər turistləri əsasən yay aylarında cəlb etsə də, indi həm də qış istirahət məkanıdır. Konkisürmə yeganə bələdiyyə çimərliyinin yerləşdiyi şəlalənin üçüncü su hövzəsi olan Şalkar gölündə təşkil edilir.
Yeni məkan artıq təkcə yerli sakinləri deyil, xaricdən gələn qonaqları da cəlb edir. Buz üzərində həm həvəskar, həm də peşəkar fiqurlu konkisürənlərə rast gəlmək olar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















