Icma.az
close
up
RU
Şərqi Zəngəzurda bayram sevinci

Şərqi Zəngəzurda bayram sevinci

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qayıdış təntənəsi doğma yurdda qeyd olundu

Zəngilana yolu düşən hər kəs hiss edir ki, indi rayonun üzərində başqa bir günəş doğur. Arazın sahilindən Həkərinin qoynuna qədər uzanan bu qədim yurdun hər qarışında azadlığın nəfəsi, qayıdışın sevinci, sabaha inamın işığı duyulur. Vaxtilə həsrətə bürünən yollar indi doğma torpağa qayıdışın ünvanına çevrilir. Zəngilan bu gün azadlığını, yenidən dirçəlməsini, öz doğma sakinlərinə qovuşmaq arzusunun gerçəkləşməsini bayram edir.

2020-ci ilin bu günündə Zəngilan şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm qələbələrindən biri kimi tarixə yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi ilə qazanılan bu Zəfər uzun illər doğma yurdlarından ayrı düşmüş zəngilanlıların qəlbində yeni ümidlər oyatdı. Prezidentin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla oktyabrın 20-si Zəngilan Şəhəri Günü elan edildi.

Zəngilan rayonunun dirçəlişi Böyük Qayıdışın mühüm səhifələrindən biridir. Ağalı və Məmmədbəyli kəndlərində tikilən müasir evlər, şəhərdə aparılan bərpa və yenidənqurma işləri, yeni sosial obyektlərin və yaşayış məskənlərinin salınması bölgənin gələcək inkişafına möhkəm zəmin formalaşdırır. Zəngilan Beynəlxalq Hava Limanı isə bu qədim diyarın nəqliyyat imkanlarının genişlənməsində mühüm rol oynayır.

Zəngilan Şəhəri Günü münasibətilə keçirilən mərasimlər də bu sevincə xüsusi rəng qatır. Çünki şəhərdə ilk dəfə silsilə bayram şənlikləri təşkil olunur. Qeyd edək ki, şənliklər Prezidentin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib. Zəngilan Plov Festivalı, milli sənətkarlıq nümunələrinin təqdimatı, “Zəngilan – zamanın qanadlarında” adlı fotosərgi, uşaqların yaradıcılıq işləri və bayram konserti şəhərin mədəni həyatına əlavə rəngarənglik gətirir. Bu mərasimlər qədim ənənələrin yaşadılmasına, milli-mənəvi dəyərlərin təbliğinə və rayonun yeni simasının tanıdılmasına xidmət edir.

Bayram proqramı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi rəngarəng konsert proqramı ilə çıxış etdilər. Zəngilan Şəhər Günü axşam saatlarında musiqi proqramı və atəşfəşanlıqla sona çatdı.

***

Zəngilanın bayram sevinci gələcəyə ünvanlanan bir mesaj olaraq tarixlə müasirliyi qovuşdurur, quruculuq işləri üçün yeni üfüqlər açır. Əsas məqsəd bu torpaqlarda dayanıqlı yaşayışın, məşğulluğun, sosial rifahın və firavan həyatın təmin edilməsidir. Şəhər sakinləri sevinclərini bizimlə bölüşdülər.

Uzun illər rayonda müəllim işləyən, müharibə veteranı Famil Nəcəfov bugünün hər bir sakin üçün unudulmaz hadisə olduğunu bildirdi: “2020-ci il oktyabrın 20-də də Zəngilan şəhərinin azad olunması xəbəri hər birimizi son dərəcədə sevindirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətlə döyüşən qəhrəman əsgərlərimizin igidliyi sayəsində əzəli torpağımızın azad olunması bizlərə sonsuz sevinc yaşatdı”.

Ailəsi ilə birlikdə rayon mərkəzinə ilk qayıdanlardan biri olan təqaüdçü Vidadi Bəxtiyarov isə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin böyük əhəmiyyətini qeyd etdi: “Tarixi Zəfərdən ötən müddət ərzində işğaldan azad edilmiş bütün torpaqlarımızda olduğu kimi, rayonumuzda da müasir standartlara uyğun yaşayış və inzibati binaların bərpa olunmasını görmək hər birmiz üçün qürurvericidir”.

Vətən müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev bu əlamətdar gündə şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsindən, şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açdı: “Bu tarixi günləri xalqımıza bəxş edən, canı və qanı bahasına torpaqlarımızı azad edən müqəddəs şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram. Ökəmizdə şəhidlərə bəslənilən sonsuz hörmət və ehtiram, dövlətimizin şəhid ailələrinin yanında olması təqdirəlayiq haldır”.

Bu gün Zəngilanın simasında azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin nəticələri aydın görünür. Şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və sakinlərin doğma yurda qayıdışı Böyük Zəfərin real nəticələrini əks etdirir. Zəngilan Şəhəri Günü isə doğma yurda qayıdışın sevincini yaşadan, keçmişlə gələcək arasında mənəvi körpü yaradan əlamətdar gün kimi hər birimizi daim qürurlandıracaq.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri