Icma.az
close
up
RU
Şərqlə Qərbi birləşdirən dəhliz Horadiz Ağbənd avtomobil yolunda tikinti son mərhələdədir REPORTAJ

Şərqlə Qərbi birləşdirən dəhliz Horadiz Ağbənd avtomobil yolunda tikinti son mərhələdədir REPORTAJ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəngilan, 6 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi davam edir. Bu magistral Zəngəzur dəhlizinin bir hissəsini təşkil edir və birinci texniki dərəcəyə uyğun inşa olunur. AZƏRTAC-ın müxbirinin tikinti sahəsindən hazırladığı reportajı təqdim edirik.

Beş il öncə işğaldan azad olunan Zəngilanın dağ silsilələri üzərində, Həkəri çayının sahilində texnikanın gurultulu səsi əks-səda verir. Günəş şüaları buludların arasından süzülür, uzaqda beton konstruksiyalar üzərində fəhlələrin səsi eşidilir. Burada – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun üzərində işlər son mərhələyə yaxınlaşır.

Hava və təbiət də sanki bu torpaqlarda aparılan quruculuq işlərinə sevinir, noyabr ayı olmasına baxmayaraq, hələ də öz şıltaq üzünü göstərməyə tələsmir.

Yolun Ağbənd istiqamətində yerləşən tunel sahəsində təxminən 20-yə yaxın işçi çalışır. Tunelə son toxunuşları edir, beton konstruksiyaları bərkidirlər.

Burada hər hərəkət bir planın hissəsidir - Zəngəzur dəhlizi layihəsi təkcə bir yol deyil, həm də böyük strateji sistemin arteriyasıdır. Zəngəzur dəhlizi təkcə region ölkələrini deyil, Asiya ilə Avropa arasında strateji iqtisadi, logistik və enerji axınlarını birləşdirəcək yeni körpü olacaq. Bu layihə vasitəsilə Azərbaycan nəinki öz tranzit potensialını tam reallaşdıracaq, həm də beynəlxalq əməkdaşlığın, sabitliyin və iqtisadi inteqrasiyanın mərkəzinə çevriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov deyir ki, Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir. Ümumi uzunluğu 126,3 kilometr olan magistralın 78,5 kilometrlik hissəsi altı hərəkət zolağından, 45 kilometrlik hissəsi isə dörd zolaqdan ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr arasında dəyişir. Bu göstəricilər yolun həm yükdaşıma potensialını, həm də sürətli nəqliyyat axınına uyğunluğunu təmin edir.

Layihə çərçivəsində 8 qovşaq, 44 alt keçid, 5 üst keçid, eləcə də 314 suötürücü qurğu və ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilib. Tunellərdə qazma işləri artıq yekunlaşıb – indi asfalt-beton örtüyünün son mərhələsi həyata keçirilir. Yol boyunca 24 körpü layihələndirilib, onlardan 23-ü tam hazırdır, biri üzərində isə işlər davam edir.

İşlərin 2026-cı ilin ikinci yarısında tam başa çatması planlaşdırılır.

Tunelin girişində ekskovator dayanıb. Arxada isə betonqarışdıran texnika işləyir. İş icraçısı Mirhüseyn Salayevlə söhbət edirik. “İşlər mərhələli şəkildə gedir. Əsas diqqət təhlükəsizliyə və davamlılığa yönəlib. Bütün gücümüzlə çalışırıq. Bu işdə əməyimizin olmağına sevinirik”, – deyə o bildirib.

Ətrafa göz gəzdirirəm. Hər kəs öz işi ilə məşğuldur. Bir vaxtlar səssizliyə bürünən, minalanmış ərazilərdə indi dünyanın böyük maraqla yanaşdığı yol çəkilir. O yol ki, Zəngəzur dəhlizinin bir hissəsi olacaq, Şərqlə Qərbi birləşdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see278

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see220

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see169

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see159

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see144

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see140

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see136

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see136

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see135

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see133

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see132

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see131

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see128

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri