Icma.az
close
up
RU
Şərqşünas alimlər Türkiyədə beynəlxalq konfransda məruzə ediblər

Şərqşünas alimlər Türkiyədə beynəlxalq konfransda məruzə ediblər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 aprel, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçiləri - dosent Rəna Rzayeva və filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova Türkiyənin Beyşehir şəhərində keçirilən Əl-Fərabi 14-cü Beynəlxalq Elmi Araşdırmalar və İnnovasiyalar Konfransında onlayn iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Rəna Rzayeva konfransda “Azərbaycanda sufilik” mövzusunda məruzə edib. Məruzəçi Azərbaycanda İslamın yayılması və bu prosesdə sufiliyin müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, orta əsrlər Azərbaycan fəlsəfə tarixinin hələ də lazımınca öyrənilməmiş problemlərindən biri ictimai fikir tarixində İslamın rolu məsələsidir. R.Rzayeva qeyd edib ki, Azərbaycan hələ İslamın ilk dövrlərində (641–643) müsəlmanlar tərəfindən fəth edilib və islamiyyət bu ərazidə yaşayanlar tərəfindən zaman keçdikcə din olaraq qəbul edilib. Bu coğrafi ərazidə yaşayan xalqın müsəlman olmasına ən böyük təsir göstərənlər, şübhəsiz ki, sufilər olublar. Onların xoş məramlı İslam anlayışları insanların könlünə təsir edib və İslamın qəbulunu sürətləndirib. Sufilik Azərbaycan ədəbiyyatında əsaslı surətdə iz buraxan fikir cərəyanlarından biri olub.

Məruzədə bildirilib ki, sovet dönəmində bütün dini təlimlər kölgədə qaldığı kimi, təsəvvüf də diqqətdən kənarda qalmışdı. Müstəqillik dövründə təsəvvüfə xüsusi diqqət yetirilib və bu təlim dərindən öyrənilib araşdırılmağa başlanıb. Şübhəsiz ki, bu hələ görüləsi işlərin ancaq başlanğıcı adlandırıla bilər.

Aybəniz Həsənova “Gilan ostanının toponimləri” mövzusunda məruzə edib. O bildirib ki, İranın 31 ostanından biri olan Gilanın mərkəzi Rəşt, ən mühüm limanı Bəndər Ənzəlidir. Əhalisi mazandaranlılar, azərbaycanlılar, farslar, talışlar və tatlardan ibarət olan Gilan vilayəti 16 şəhər, 16 bəxş və 33 mahala bölünür. Məruzəçi qeyd edib ki, Azərbaycan türkləri Astara bölgəsi, Məncil, Lövşan, Həviq, Çubər, Lisar və Həştpər şəhərlərində üstünlük təşkil etməklə, ostanın başqa bölgələrində də yaşamaqdadırlar. Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə, həm də şəhərlərdə məskunlaşıblar. Nəticədə Gilanda türklərin çoxluq təşkil etdiyi məlum olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri