Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar alimlərin marağına səbəb olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 noyabr, AZƏRTAC
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) sabiq baş direktoru, hazırda Tekirdağ Namiq Kamal Universitetinin rektor müşaviri Halit Eren və Beynəlxalq Tərcümə və Beynəlxalq Anlaşma üzrə Şeyx Həməd Mükafatı Fondunun icraçı direktoru Ləbib Nahhas noyabrın 13-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, qonaqlar AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva onlara Şərqşünaslıq İnstitutunun tarixi və fəaliyyəti, xüsusən ərəbşünaslıq və türkologiya sahəsində aparılan elmi tədqiqatlar, nəşr edilən kitablar barədə ətraflı məlumat verib.
Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar Halit Eren və Ləbib Nahhasın böyük marağına səbəb olub və onlar institutda görülən işləri yüksək dəyərləndiriblər.
Akademik G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunun nəşrlərini hədiyyə edib. Şərqşünaslıq İnstitutuna isə Beynəlxalq Tərcümə və Beynəlxalq Anlaşma üzrə Şeyx Həməd Mükafatı Fondunun son 10 ildəki fəaliyyətini əks etdirən kitab hədiyyə edilib.
Halit Eren və Ləbib Nahhas daha sonra Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası, Ərəb ölkələri tarixi və iqtisadiyyatı, Türk filologiyası, Türkiyə tarixi və iqtisadiyyatı, Din və ictimai fikir şöbələrində olub, şöbə əməkdaşları ilə söhbət ediblər. Onlar həmçinin Şərqşünaslıq İnstitutunun kitab stendlərində, eləcə də kitabxanasında saxlanılan kitablarla tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 13 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















