Icma.az
close
up
RU
Sərsəngdə Avarçəkmə üzrə “Prezident Kuboku” keçiriləcək

Sərsəngdə Avarçəkmə üzrə “Prezident Kuboku” keçiriləcək

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 27 aprel – 1 may tarixlərində avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası keçiriləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

“Prezident Kuboku” ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində eyni zamanda milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Mərasim “Döngə” qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

29 aprel tarixində Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək. “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri