Icma.az
close
up
RU
Sərt tariflər və sərt reallıq: Aİ ABŞ la razılaşmağa məcbur olub

Sərt tariflər və sərt reallıq: Aİ ABŞ la razılaşmağa məcbur olub

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Brüssel Vaşinqtonun tarif siyasətini qəbul edərək təhlükəsizlik zəmanəti müqabilində ABŞ-a müəyyən güzəştlərə gedib.

Bizimyol.info xəbər verir ki, bu fikri Şanxay İctimai Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Yan Syaosyao səsləndirib.

“ABŞ–Avropa İttifaqı (Aİ) ticarətində uzunmüddətli struktur ziddiyyətlər mövcuddur. Çünki Avropanın təhlükəsizliyi hələ də ABŞ-dan asılıdır. Məhz buna görə Brüssel iqtisadi maraqları təhlükəsizlik təminatlarına dəyişərək güzəştə gedir. Bu yanaşma mübahisələri və gərginliyi müəyyən müddətlik yumşalda bilər, lakin əsas problemləri aradan qaldırmaq gücündə deyil”, – deyə "China Daily" Syaosyaoya istinadən yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqının rəqəmsal bazarı tənzimləməsi, Aİ-nin rəqəmsal suverenliyə və strateji müstəqilliyə can atmasının əsas dayaqlarından biridir. Syaosyao qeyd edib ki, bu tənzimləmələr “heç vaxt asanlıqla Vaşinqtonla danışıqlarda kozır kimi masaya qoyulmayacaq”.

Fudan Universiteti nəzdində Çin–Avropa münasibətlərinin araşdırılması mərkəzinin direktoru Szyan Tsyunbo da bildirib ki, Tramp administrasiyası Aİ-yə qarşı tariflər tətbiq edərkən birliyin siyasi və strateji maraqlarını nəzərə almayıb. Onun fikrincə, Vaşinqton yalnız ABŞ-ın milli maraqları ilə hərəkət edir.

“Bu, iki tərəf arasında aradan qaldırılması çətin olan parçalanma yaradıb”, – deyə o qeyd edib. Tsyunbo əlavə edib ki, ABŞ daxili sənayesini qorumaq üçün tariflərə ehtiyac duyur: “Bu, Trampın yüksək tarif strategiyasının əsas motividir”, - deyə o əlavə edib.

24 noyabrda ABŞ və Aİ nümayəndələrinin həll olunmamış ticarət məsələləri üzrə görüşü keçirilib. ABŞ-ın ticarət naziri Hovard Lyutnik bildirib ki, əgər Brüssel rəqəmsal sektorun tənzimlənməsində yumşalmağa razılıq versə, Vaşinqton Avropa İttifaqından idxal olunan polad və alüminiuma tətbiq edilən tarifləri azalda bilər. ABŞ tərəfi hesab edir ki, Aİ-nin rəqəmsal xidmətlər və bazarlarla bağlı qanunları diskriminasiya xarakteri daşıyır, çünki tənzimlənən əsas texnologiya platformalarının – "Microsoft", "Google" və "Amazon" kimi – demək olar ki, hamısı amerikalıdır.

27 iyulda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ Prezidenti Donald Tramp razılığa gəliblər ki, 1 avqustdan Vaşinqton Aİ-dən ABŞ-a daxil olan Avropa mallarının təxminən 75 faizinə 15 faizlik tarif tətbiq edəcək. Bu, əvvəlcə planlaşdırılan Avropadan idxalın tamamına 30 faiz rüsum qoymaq hədəsindən daha yüngül variantdır.

Bunun müqabilində Aİ ABŞ məhsullarına tarif tətbiq etməyəcək. Avropa Komissiyası həmçinin, Rusiyadan enerji resurslarının bütün növlərinin idxalını tam qadağan etməyə, ABŞ-dan ümumi dəyəri 750 milyard dollar olan neft, qaz, nüvə avadanlıqları və yanacaq almağa, üstəlik ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatırmağa söz verib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri