Icma.az
close
up
RU
Sertifikasiya ilə bağlı müəllimləri maraqlandıran sualların CAVABLARI

Sertifikasiya ilə bağlı müəllimləri maraqlandıran sualların CAVABLARI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllimlərin bu il üzrə ilkin və təkrar sertifikatlaşdırma prosesinin təşkili 18-25 iyun tarixlərində həyata keçiriləcək. Sertifikasiya imtahanına coğrafiya, informatika, kimya, fizika və biologiya müəllimləri cəlb olunacaq. Qeyd edək ki, ötən il birinci cəhddə uğursuz olanlar da ikinci cəhd kimi həmin tarixlərdə imtahan verə biləcəklər.

Modern.az sertifikasiya imtahanı ilə bağlı müəllimləri maraqlandıran suallara cavab verməyə çalışıb. 

Sertifikatlaşdırma necə təşkil olunur?
Sertifikatlaşdırma videoçəkilişlə müşayiət olunur və iki mərhələdən – test və müsahibədən ibarətdir.
Harada və nə vaxt keçiriləcəyi barədə qərarı Təhsil Nazirliyi verir və bu məlumatlar xüsusi altsistemə (online platformaya) yerləşdirilir. Sertifikatlaşdırma müəllimin dərs dediyi dildə aparılır.


Qeydiyyat necə aparılır?
Qeydiyyat Elm və Təhsil Nazirliyinin tabeliyində olan yerli bölmələr və Naxçıvan Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Qeydiyyatdan keçən müəllimlər üçün “Şəxsi kabinet” yaradılır və giriş məlumatları (şifrə və istifadəçi adı) onlara göndərilir.
Sertifikatlaşdırma barədə bütün məlumatlar - vaxt, yer, yaddaş kitabçası və s. bu şəxsi kabinetdə yerləşdirilir.
Sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim edənlər buraxılır.
Test mərhələsi necə keçirilir?
Müəllimə tədris etdiyi fənn, tədris metodikası və müasir təlim strategiyaları üzrə 60 test sualı təqdim olunur.
İmtahan kompüter vasitəsilə, elektron formada keçirilir və hər bir müəllimə fərdi sual paketi təqdim olunur.
Test üçün 120 dəqiqə vaxt ayrılır, fasilə verilmir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv və ya cavabsız suallar nəticəyə təsir etmir.
Ən azı 30 bal toplayan müəllimlər növbəti mərhələ olan müsahibəyə buraxılır.
Əlilliyi olan müəllimlər üçün nə nəzərdə tutulur?
Onlara uyğunlaşdırılmış şərait yaradılır.
Gözdən əlil müəllimlərə fərdi nəzarətçi verilir və test müddəti 60 dəqiqə artırılır.
Müsahibə mərhələsi necə aparılır?
Bu mərhələdə müəllimə 20 dəqiqə vaxt verilir.
Müsahibə 5 əsas bacarıq üzrə aparılır:
1.    Mövzunu təqdimetmə bacarığı
2.    Şagirdləri qiymətləndirmə bacarığı
3.    Özünü təqdimetmə bacarığı
4.    Dərsi təşkiletmə bacarığı
5.    Ünsiyyət bacarığı
Bu bacarıqlar üzrə maksimum 40 bal toplamaq mümkündür.
Ən azı 20 bal toplayanlar müsahibə mərhələsindən keçmiş sayılır.
Nəticələr və şikayət hüququ
Sertifikatlaşdırmanın hər iki mərhələsindən keçmək üçün testdən minimum 30, müsahibədən minimum 20 bal toplamaq lazımdır.
Nəticələr müəllimin “Şəxsi kabinet”inə göndərilir.
Müəllimlər nəticələrlə razı olmadıqda 30 iş günü ərzində Təhsil Nazirliyinə şikayət edə və ya məhkəməyə müraciət edə bilərlər.

Sertifikatlaşdırma nəticələri necə elan olunur?
Sertifikatlaşdırmanın nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən hazırlanır və Təhsil Nazirliyinə təqdim olunur.
Nazirlik nəticələr əsasında sertifikatdan keçən və keçməyən müəllimlərin siyahısını hazırlayaraq aidiyyəti qurumlara (o cümlədən Naxçıvan Təhsil Nazirliyinə) göndərir.
Sertifikat müəllimə necə verilir?
Sertifikatlaşdırmadan keçən müəllimlərə elektron sənəd formasında sertifikat təqdim olunur. Bu sənəd Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsilə hazırlanır.
Sertifikat 5 iş günü ərzində hazırlanır və müəllimin “Şəxsi kabinet”inə yerləşdirilir.
İstəyən müəllim bu sənədin kağız daşıyıcıda olan surətini notariusda təsdiq etdirə bilər.
Sertifikatın həqiqiliyi elektron imza vasitəsilə yoxlanıla bilər və Sertifikatlaşdırma Şurasının sədri tərəfindən imzalanır.
Sertifikatda hansı məlumatlar əks olunur?
Sertifikatda aşağıdakı məlumatlar yazılır:
Sertifikatın nömrəsi və verilmə tarixi
Müəllimin imtahanda iştirak etdiyi tarix
Sertifikatın etibarlılıq müddəti (əgər 3-cü dəfə imtahandan keçibsə – müddətsiz)
Müəllimin adı, soyadı, doğum tarixi və FİN kodu
Hansı məktəbdə işlədiyi və tabeliyi
Hansı fənni tədris etdiyi
Sertifikatlaşdırmanın keçirildiyi dil
Test və müsahibə mərhələsində topladığı ümumi bal
Müəllimə dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət hüququ verildiyi barədə qeyd
Sertifikat yalnız Azərbaycan dilində tərtib olunur.
Sertifikat müəllimə hansı hüquqları verir?
Sertifikatlaşdırmadan keçən müəllimlər 5 il müddətinə öz ixtisası üzrə pedaqoji fəaliyyət göstərə bilirlər.
Əgər müəllim üçüncü dəfə sertifikatlaşdırmadan keçibsə, artıq o, çalışma yaş həddinədək müəllimlik edə bilər.
Karyera və əmək haqqı məsələlərinə təsir
Sertifikatlaşdırma nəticələri müəllimin:
karyera yüksəlişi
 əməyinin stimullaşdırılması (məsələn, maaş artımı) üçün əsas götürülə bilər.
Sertifikatlaşdırmaya qatılmayan və ya keçməyən müəllimlər üçün nə baş verir?
Əgər müəllim üzrlü səbəbdən iştirak etməyibsə və ya keçə bilməyibsə, onun iş yeri 1 il ərzində saxlanılır.
Bu müddətdə müəllim təkrar sertifikatlaşdırmada iştirak edə bilər.
Təkrar imtahanda da uğur qazanmayanlar sertifikatlaşdırmadan keçməmiş sayılırlar.
Təkrar uğursuz olarsa nə olur?
Sertifikatlaşdırmadan keçə bilməyən müəllimlə bağlanmış əmək müqaviləsi ləğv olunur.
Bu ləğv Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən həyata keçirilir və yeni tədris ili başlamamışdan əvvəl icra edilir.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri