Icma.az
close
up
RU
Sertifikasiya Şurası müəllimlərlə bağlı QƏRAR VERƏCƏK

Sertifikasiya Şurası müəllimlərlə bağlı QƏRAR VERƏCƏK

Modern.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü ildə sertifikasiyanın test imtahanlarında 23 448 müəllim iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin 2025-ci ildə keçiriləcək sertifikasiya imtahanları ilə bağlı açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Nazir parlamentdə 2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib ki, gələn il 20 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub. Lakin nazir gələn il sertifikatlaşdırmaya cəlb olunacaq təhsilverənlərin hansı fənn müəllimləri olacağını açıqlamayıb.


Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə ilə həmsöhbət olub.
 

H.Əlizadə bildirib ki, müəllimlərin sertifikatlaşması “Təhsil haqqında” Qanunun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Qanunun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmış “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”na müvafiq olaraq həyata keçirilir:


“Bu qaydaya əsasən, müəllimlərin sertifikatlaşması hər il həyata keçirilir. Sertifikatlaşma müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşıyır. Bu prosedur müəllimlərin həm öz peşə fəaliyyətinə məsuliyyətinin artmasına, həm də daha keyfiyyətli müəllimlərin məktəblərdə dərs deməsini təmin etməyə istiqamətlənib. Hesab edirəm ki, bu istiqamətdə nəzərə çarpacaq dönüş yaranıbdır".



H.Əlizadə bildirib ki, hər il müəllimlərin sertifikasiyasının hansı fənn üzrə keçirilməsi və vaxtı Sertifikasiya Şurası tərəfindən müəyyən edilir:
 

“Sertifikasiya Şurasında sertifikatlaşmanın həyata keçirilməsi ilə bağlı taktiki məsələlər müzakirə edildikdən sonra qərar qəbul olunur. Fikrimcə, qarşıdakı günlərdə Sertifikasiya Şurasının iclası keçiriləcək və bu məsələ ilə bağlı qərar ictimaiyyətə açıqlanacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri