Icma.az
close
up
RU
Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq QAYDA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2026-cı ildə sertifikasiya prosesi 17-25 iyun tarixində keçiriləcək. Bununla da ümumi sertifikatlaşdırmaya cəlb edilən müəllimlırin sayı 100 mini ötəcək.

Bu il ilk dəfə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə müəllimlər sertifikasiya imtahanlarına cəlb olunacaqlar. Bu fənlər istisna olmaqla digər fənn müəllimləri artıq sertifikasiya prosesində iştirak etdikləri üçün proses barədə məlumatlıdırlar.

Modern.az xəbər verir ki, AzEdu.az “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsaslanaraq, sertifikatlaşdırma prosesi ilə bağlı bir sıra suallara və mühüm mərhələlərə aydınlıq gətirib.

Şəxsi kabinet necə aktivləşdirilir?

Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” yaradılır və giriş şifrəsi onların mobil telefonuna və ya elektron poçtuna göndərilir.

İmtahanın vaxtı və yeri nə vaxt əvvəlcədən bildirilir?

İmtahanın vaxtı, yeri və yaddaş kitabçası təhsilverənlərə məhz “Şəxsi kabinet” vasitəsilə təqdim olunur. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 ay qalmış onun vaxtı və yeri barədə bildiriş təhsilverənin “Şəxsi kabinet”inə göndərilir.

Xüsusi kateqoriyaya aid müəllimlər məlumatı necə əldə edir?

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə məlumatlar təhsil müəssisələri tərəfindən birbaşa və şəxsi qaydada təqdim olunur.

İmtahan zamanı hansı qaydalar pozula bilməz?

Təhsilverənlər sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra buraxılır. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlər və icazə verilməyən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir.

Əgər təhsilverən qaydaları pozarsa, akt tərtib edilir və o, imtahandan kənarlaşdırılır. Eyni zamanda tələblərin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.

Sertifikasiya imtahanında qiymətləndirmə necə aparılır?

Sertifikasiya iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Test mərhələsinin nəticələri avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə hesablanır və imtahan başa çatdıqdan dərhal sonra təhsilverənə elan edilir.

Test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid ümumilikdə 60 sual təqdim olunur.

Sertifikatlaşdırmanın test mərhələsində 60 baldan azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsi maksimum 40 balla qiymətləndirilir və 20 bal toplayan təhsilverənlər həmin mərhələni keçmiş hesab olunurlar.

Qedy edək ki, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya uğur qazana bilməyən müəllimlərə 1 il ərzində iş yeri saxlanılmaqla təkrar iştirak hüququ verilir. Təkrar sertifikatlaşdırmada da keçid balını toplamayan müəllimlər sertifikasiyadan keçməmiş hesab olunur və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri