Icma.az
close
up
RU
Sertifikasiyada ən yüksək balı o TOPLADI

Sertifikasiyada ən yüksək balı o TOPLADI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü başa çatıb. İlk imtahan günündə Şirvan-Salyan regionu üzrə davamiyyət 100 faiz təşkil edib.

Redaktor.az-ın məlumatına görə, region üzrə imtahan Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. İmtahan mərkəzində ən yüksək nəticəni 54 balla Neftçala rayonu Xıllı qəsəbəsi Faruq Quliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mələkxanım Əsədova göstərib.

O bildirib ki, sertifikasiya imtahanına hazırlıq yalnız imtahan ilində deyil, peşə fəaliyyətinin ayrılmaz hissəsi kimi davamlı şəkildə aparılıb:

“Daim ixtisasımla bağlı yenilikləri izləyir, yeni dərs vəsaitləri və tədris materialları ilə tanış oluram. Öz üzərimdə işləməyi müəllimlik peşəsinin əsas tələblərindən biri hesab edirəm”.

Mələkxanım Əsədova imtahan prosesinin həyəcanlı keçdiyini, lakin vaxt bölgüsünə düzgün əməl etməyin uğur qazanmasında mühüm rol oynadığını vurğulayıb:

“Həyəcanlı olsam da, sualları asandan çətinə doğru mərhələli şəkildə həll etdim. Vaxtımı düzgün bölüşdürdüm və son yarım saat ərzində bütün sualları yenidən nəzərdən keçirmək imkanım oldu”.

Müəllimin sözlərinə görə, imtahanda təqdim olunan suallar orta səviyyədə olmaqla yanaşı, düşündürücü və fənni hərtərəfli əhatə edən məzmunu ilə seçilib.

Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə tövsiyələrini də bölüşən Mələkxanım Əsədova bildirib ki, bu prosesdən çəkinməyə ehtiyac yoxdur:

“Testlər işləmək, qaydaları oxumaq müəllim üçün qorxulu və ya çətin bir proses deyil. Əksinə, maraqlı sualları şagirdlərimlə müzakirə etməyi, onların fikirlərini öyrənməyi sevirəm. Bu, həm müəllim, həm də şagird üçün faydalı təcrübədir”.

O, sertifikasiyanın müəllimlərin peşəkar inkişafına mühüm töhfə verdiyini də qeyd edib:

“Sertifikasiya ilk növbədə müəllimin motivasiyasını və məsuliyyət hissini artırır. Eyni zamanda, ixtisas və pedaqogika sahəsində biliklərimizi daha da dərinləşdirməyə kömək edir. Bu proses müəllimi daim öyrənməyə, yenilənməyə və hazırlıqlı olmağa sövq edir. Məncə, bu, təhsilimizin inkişafı baxımından olduqca vacib və arzuolunan bir yanaşmadır” (Azərbaycan müəllimi).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri