Icma.az
close
up
RU
Sertifikasiyada imtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub Kamran Əsədov

Sertifikasiyada imtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub Kamran Əsədov

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2025-ci il müəllimlərin sertifikasiya imtahanının təşkili ilə bağlı ortaya çıxan faktlar, sadəcə səhlənkarlıq deyil – bu, düşünülmüş və sistematik pozuntularla müşayiət olunan, etibarı və obyektivliyi yerlə bir edən bir fəlakətdir. İmtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub, konkret adamlara “yer saxlanılıb”, digərlərinə isə orada oturmağa icazə verilmir. Bu açıq-aşkar saxtakarlığa hazırlıqdır. Əgər bir imtahan zalında oturacaq yerlər belə əvvəlcədən bölüşdürülübsə, bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

O, daha sonra qeyd edib:

"Bundan da biabırçısı – imtahan zamanı kompüterlərin “təsadüfən” sönməsi, donması və guya texniki problemlərlə nəticənin gecikdirilməsidir. Bu hallar tək-tük deyil, kütləvidir və məqsədli şəkildə aparıldığı açıq görünür. Texniki problem adı altında bəzi namizədlərə əlavə vaxt verilir, bəzilərinin isə diqqəti pozulur, nəticələrə ciddi təsir göstərilir. Bu vəziyyəti idarə edən qurum – imtahanı təşkil edən struktur – ya prosesi nəzarətsiz buraxıb, ya da bu xaosun içində öz maraqlarına xidmət edənlərə yol açıb.

İmtahanın təşkili bu qədər bərbad, ədalətsizlik bu qədər açıq-aşkar, təhlükəsizlik bu qədər zəif ola bilməz!

Gələcək nəsilləri onlara etibar etmək – bu ölkənin gələcəyini bilərəkdən qaranlığa sürükləməkdir.

Bu sadəcə bir imtahanın problemi deyil. Bu sistemin içində çürümüş, korrupsiyalaşmış, ədaləti tapdalanmış və saxtakarlığı normal hala çevirmiş mexanizmin ifşasıdır. Təşkilatçı qurum dərhal cavab verməli, məsul şəxslər ifşa olunmalı və nəticələr yenidən araşdırılmalıdır. Əks halda sertifikasiya adı altında keçirilən bu imtahanların heç bir mənəvi, hüquqi və pedaqoji legitimliyi qalmayacaq".

Qeyd edək ki, son günlər keçirilən müəllimlərin sertikatlaşdırılması prosesindən ciddi narazılıqlar var. Sosial şəbəkələrdə müəllimlər tərəfindən imtahanlarla bağlı ittihamlar səslənir. Elm və təhsil naziri Emin Əmrullayev isə narazılıqlara münasibət bildirərək deyib ki, sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacaq.

T.İSMAYIL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 İyun 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri