Icma.az
close
up
RU
Sertifikasiyadan keçə bilməyən müəllimlərə alternativ iş təklif olunmalıdır EKSPERT

Sertifikasiyadan keçə bilməyən müəllimlərə alternativ iş təklif olunmalıdır EKSPERT

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb. Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb.

Cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub. Hazırda sosial baxımdan ən həssas olan vətəndaşların alternativ işlərlə təminatı üzrə rəsmiləşdirmə prosesinə başlanılıb.


Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi də hesab edir ki, sertifikasiyadan keçə bilməyən müəllimlərə alternativ iş təklif olunmalıdır. 

- Sertifikasiya imtahanları Elm və Təhsil Nazirliyi tərəfindən bir neçə ildir ki, keçirilir. İlk vaxtlar müəyyən narazılıqlar olurdu, amma son illərdə məsələ həllini tapdı. Sertifikasiya imtahanları müəllimlərin əməkhaqqına da birbaşa təsir göstərir. Sertifikasiya imtahanlarının keçirilməsində məqsəd daha keyfiyyətli təhsilin təmin edilməsi, müəllimlərin bilik və bacarıqlarına görə əməyinin qiymətləndirilməsidir. Orta ümumtəhsil məktəblərinin müəllimləri üçün keçirilən sertifikasiya imtahanlarında müəllimlərin vəziyyəti maksimum diqqətə alınır. 60 yaşdan yuxarı müəllimlərə əlavə şans verilir, başqa alternativ iş təklif olunur.  İmtahanlarda hər zaman müəyyən nöqsanlar, çatışmazlıqlar, narazılıqlar ola bilir. Bu, təbiidir. Kimlərsə razı, kimlərsə narazı qalır. Amma müəllimlərin apelyasiya şikayəti vermək hüququ var. Əgər müəllim hesab edirsə ki, imtahanın nəticələri biliyinə uyğun yekunlaşmayıb, apelyasiya şikayəti verə bilər. İmtahanın gedişində, sualların tərtib olunmasında səhvlər ehtimal edilirsə, bunlar da araşdırılmalıdır ki, texniki səhvlərdir, yoxsa proqramdan kənar suallar olub. Müasir təhsil sistemi öz ixtisasına, biliklərə sahib, müasir dövrün çağırışlarına cavab verən müəllimlər tələb edir. İxtisas bilikləri yüksək olanların imtahanlarda nəticələri də yüksək olur, məhz onlar da nailiyyətlərini artırırlar. Xatırladım ki, elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Ədalətsiz qərar olmayacaq. Hər bir savadlı, bacarıqlı müəllim daim Elm və Təhsil Nazirliyinin dəstəyini hiss edəcək və onların yanında olduğumuzu bir daha nümayiş etdirəcəklər. Məlumdur ki, sertifikasiyadan keçməyən müəllimlərə əlavə şans verilir. Onlar imtahanlarda təkrar iştirak edə bilirlər. Əgər növbəti dəfə də keçid balını toplaya bilmədikdə, alternativ işlər təklif olunur. Müəllimlərin sosial vəziyyəti nəzərə alınır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində, regional təhsil idarələrində fəaliyyət göstərən müvafiq komissiyalar müəllimlərin müraciətini araşdırır, onların işlə təmin olunması istiqamətində iş aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri