Sertifikasiyadan keçən müəllimlərin maaşı BU TARİXDƏN ARTACAQ
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Son illərdə keçirilən sertifikasiya imtahanı müəllimlərin hazırlıq səviyyəsinin öyrənilməsi, diaqnostikası və təkmilləşdirmə kurslarının məzmunun müəyyənləşdirilməsinə, həmçinin onların məvaciblərinin artırılmasına xidmət edir.
İyul ayında keçirilən sertifikasiya imtahanında uğurlu nəticə göstərən müəllimlərin maaşının nə zaman artacağı haqqında isə hələ ki, dəqiq məlumat verilməyib.
Modern.az xatırladır ki, ötən il müəllimlər arasında sertifikasiya 21, 22, 24 iyun tarixlərində keçirilib. 2024-cü ildə sertifikatlaşdırma prosesindən keçən müəllimlər maaşa əlavəni noyabr ayında alıblar.
Sertifikasiyadan keçən müəllimlərin maaşına hesablanmış əlavələr noyabr ayının əməkhaqqı ilə birgə verilib. Belə ki, sentyabr, oktyabr və noyabr ayına əlavələr eyni vaxtda müəllimlərin hesabına köçürülüb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində 51-60 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30 bal) toplayan və 50 baladək nəticə göstərən müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 22 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















