Icma.az
close
up
RU
Sertifikasiyadan yüksək bal toplayan müəllim məktəb direktoru ola bilməz

Sertifikasiyadan yüksək bal toplayan müəllim məktəb direktoru ola bilməz

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev direktor və direktor müavinlərinin yaxın illərdə sertifikasiyadan yüksək bal toplayan müəllimlər arasında seçiləcəyini deyib. Mövzu ilə bağlı hələ ki rəsmi açıqlama olmasa da, iyun ayında keçirilən sertifikasiya prosesinin yekunlaşması məsələni yenidən gündəmə gətirib. 
Mövzu ilə bağlı təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri Modern.az-a bildirib ki, bu fikir reallaşacağı təqdirdə onu təhsil adına qeyri-peşəkar addım kimi qiymətləndirmək olar: 
“Bu təkliflə qəti razı deyiləm. Hələ ki bu, ictimaiyyətə ideya olaraq səsləndirilib və rəsmi qərar yoxdur. Bunu nəinki ədalətli qərar, ümumiyyətlə təhsil adına peşəkar fikir hesab etmirəm. Bir insanın direktor və ya direktor müavini olması illərlə tədris etdiyi fənnin suallarına doğru cavab verməyi ilə ölçülməməlidir və ölçülə də bilməz. Deyək ki, bir müəllim fizikanı çox yaxşı bilir və sertifikasiyadan 60 bal toplayıb. Bu o demək deyil ki, həmin müəllim direktor və ya direktor müavini ola bilər”. 

Elmin Nuri qeyd edir ki, hazırda direktor və direktor müavinlərinin seçilmə qaydası da düzgün deyil:
“Ümumiyyətlə direktor və direktor müavinin imtahanlarına da əl gəzdirmək lazımdır. Bu şəxslər test imtahanının nəticələrinə görə seçilə bilməz. Onlar üçün liderlik bacarıqlarını göstərən xüsusi tapşırıqlar, mərhələlər olmalıdır. Test imtahan mərhələsi onun sadəcə bir qolu olmalıdır. Bizdə isə test imtahan mərhələsi direktor və direktor müavinin seçilməsində 90 faiz rol oynayır, bu yolverilməzdir. O ki, qaldı sertifikasiyada yüksək bal toplayanların bu vəzifəyə namizəd olmalarına. mən bu təklifə qatılmıram və inandırıcı olacağını da düşünmürəm”.
“Nazirin dediyi fikir o zaman reallaşa bilər ki, sertifikasiyadan yüksək bal toplayan müəllimlər əlavə olaraq direktor və direktor müavinləri üçün nəzərdə tutulan əlavə mərhələlərə dəvət olunsunlar. Bu etablar idarəetmə, liderlik bacarığı, inandırma qabiliyyəti, menecerlik keyfiyyətləri ilə bağlı olmalıdır, əsasən də praktiki xarakter daşımalıdır. Yalnız bundan sonra həmin şəxslər direktor və direktor müavinliklərinə namizəd ola bilərlər”- deyə E.Nuri bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri onu da vurğulayıb ki, sertifikasiyadan yüksək bal toplayan gənc müəllimlər bu prosesə cəlb olunması o qədər də doğru qərar deyil:
“Direktor və direktor müavini olmaq istəyənlərin stajı ən azı 10 ili keçməlidir. Müəllim 21 yaşında sertifikasiyaya cəlb olunub və sözügedən etablardan yüksək nəticə ilə keçsə də, onun ən azı 10 illik stajı olmalıdır ki, direktor kimi fəaliyyət göstərə bilsin”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri