Icma.az
close
up
RU
Sertifikatlaşdırma təhsilin keyfiyyətinə mühüm töhfələr verəcək RƏY

Sertifikatlaşdırma təhsilin keyfiyyətinə mühüm töhfələr verəcək RƏY

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 18-dən müəllimlərin sertifikatlaşdırıması prosesinə start verilib. Bu gün imtahanların ikinci günüdür. Hər zaman olduğu kimi proseslə bağlı həm müsbət, həm də mənfi rəylər var.

Sertifikatlaşdırmanın müəllim nüfuzunun artırılması üçün uğurlu bir addım olduğunu deyən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bu prosesə kütləvi şəkildə dəstəyin vacibliyini bildirib: “Əgər biz müəllimin cəmiyyətdə nüfuzunun yüksəlməsini istəyiriksə, bu prosesi dəstəkləməli və müdafiə etməliyik. Bu proses nəyi göstərir? Əgər müəllimdə savad, bacarıq və təcrübə varsa, o, uğur qazanır. Uğur qazanan müəllimin əməkhaqqı artır. Bu baxımdan biz Azərbaycan ziyalıları xırda boşluqları mübahisə mövzusuna çevirmək əvəzinə prosesi təqdir, təbliğ etməli və əgər varsa, çatışmazlıqların aradan qaldırılması üçün təkliflərimizi verməliyik”.

Deputat əlavə edib ki, proses tam ədalətli şəkildə təşkil olunur. Heç kimə ayrı-seçkilik edilmir: “Mən əminəm ki, bu prosesdə iştirak edən müəllimlərin özləri də yalnız təşkilatçılığın peşəkarlığından və uğurlu keçirilməsindən danışa bilərlər”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva da öz növbəsində sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinə mühüm töhfə verdiyini qeyd edib.

Deputat qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişafı, pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsi və peşəkar yüksəlişi baxımından mühüm əhəmiyyət daşıyır: “Bu sistem eyni zamanda differensial əməkhaqqının tətbiqi, müəllimlərin motivasiyasının artırılması və karyera pillələrində irəliləmələri üçün vacib alətdir”.

Mehriban Vəliyevanın sözlərinə görə, ən önəmli məqam ondan ibarətdir ki, bu proses davamlı xarakter daşıyır və təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. O əlavə edib ki, sertifikatlaşdırma həm də müəllimlər arasında bilik və təcrübə mübadiləsinin, əməkdaşlıq imkanlarının genişlənməsi, eləcə də valideyn-müəllim tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

“Bu prosesi təhsil sahəsində həyata keçirilən ən genişmiqyaslı islahatlardan biri kimi dəyərləndirmək olar. İnanıram ki, yaxın gələcəkdə bu sistem təhsilin keyfiyyətinə mühüm töhfələr verəcək", – deputat bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri