Icma.az
close
up
RU
Şərur MTK dan daha bir narazılıq: Sakinlər səs küydən evdə otura bilmirlər

Şərur MTK dan daha bir narazılıq: Sakinlər səs küydən evdə otura bilmirlər

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xətai rayonu, Nəsrəddin Tusi küçəsinin sakinləri ərazidə aparılan tikinti işlərindən narazıdır.

Moderator.az-a daxil olan şikayətə görə, Şərur MTK tərəfindən  gecə-gündüz demədən, tikinti işləri aparılır.

Sakinlər deyir ki, ağır texnikalar gecə saatlarında da işləyir. Ərazidə yaşayan sakinlər saatlarla davam edən səs-küy səbəbindən evlərində istirahət edə bilmirlər.  İstirahət və bayram günləri də eyni hal yaşanır.

Bundan əlavə, tikinti zamanı həm əmək təhlükəsizliyi qaydalarının pozulması, həm də ətraf sakinlərin istirahət hüququnun kobud şəkildə tapdanması halları qeydə alınır.

Şikayətçilərin sözlərinə görə, tikinti ərazisində təhlükəsizlik normalarına əməl olunmur, ustalar təhlükəli şəraitdə işlədilir və xəbərdarlıq lövhələri yoxdur.

Sakinlər dəfələrlə müraciət etsələr də, vəziyyət dəyişməyib və aidiyyəti qurumları məsələni araşdırmağa, təhlükəsizliklə bağlı tədbirlər görməyə çağırırlar.

Səs-küy salaraq sakinlərin istirahət hüququnu pozan tikinti şirkətlərini hansı inzibati cəzalar gözləyir? Qanun bu halları necə tənzimləyir?

Məsələ ilə bağlı Moderator.az-a danışan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Eminli Rusif  Novruz oğlu deyib ki, qeyd olunan məsələ Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənir:

“Belə ki, milli qanunvericiliyə əsasən tikinti işləri zamanı səs-küy salmaqla sakinlərin istirahət hüququnun pozulması inzibati məsuliyyət yaradır. Gecə vaxtı, yəni saat 24:00-dan 07:00-dək səs-küy salmaq qadağandır və bu qaydanı pozan hüquqi şəxslər 2.000-2.500 manat, vəzifəli şəxslər isə 2.000-2.500 manat cərimə edilir. 

Bununla yanaşı “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsini Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 71 nömrəli qərarına uyğun olaraq tikinti və tikinti-bərpa işləri adi günlərdə yalnız saat 09:00-dan 18:00-dək, bazar və bayram günlərində isə saat 10:00-dan 14:00-dək aparıla bilər; bu vaxtlardan kənar tikinti işləri aparılması qadağandır. Beləliklə, gecə saatlarında və bayram günlərində müəyyən olunmuş saatlardan kənar tikinti işləri aparmaq qanunla qadağandır və pozuntu hallarında inzibati cəza tətbiq olunur”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri