Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar 1000 dən çox mənzilin “kupça sını vermir... Vətəndaşların hüququ belə tapdanır

Şərurlu İsfəndiyar 1000 dən çox mənzilin “kupça sını vermir... Vətəndaşların hüququ belə tapdanır

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Şərur" MTK-nın rəhbəri, iş adamı Şərurlu İsfəndiyarla bağlı yenə mənzil sahiblərindən şikayət var. Sonuncu dəfə karyerası barədə çıxışı ilə özünü "yandıran" iş adamı indi də vətəndaşların mülkiyyət hüququnu pozur. Belə ki, iş adamı satdığı mənzillərin "kupçası"sını vermək istəmir. Mənzil sahibləri uzun illərdir mülkiyyət hüququnu təsdiq edən sənədi – çıxarışı ala bilmirlər. 

 "Şərur MTK"nın Yasamal rayonu, xarici dairəvi yol-6 ünvanındakı yaşayış binasında mənzil sahibi olan Azər Əliyev üzləşdiyi qanunsuzluqla bağlı "Sitat.info"ya danışıb.

Vətəndaş bildirib ki, mənzillin pulunu tam şəkildə ödəsə də, şirkətdən "kupça" ala bilmir: "İki il əvvəl "Şərur MTK"dan mənzil aldım. Sıfırdan təmiri etdim, qaz, su, işıqla bağlı hər bir sənədi qaydasına saldım.

Mənzili 3 illik kreditlə götürmüşdüm, ancaq 1 il ərzində kreditimi tam ödəyib bağladım. Artıq evimin çıxarışını almaq istəyirəm. Dəfələrlə müraciət etmişəm, lakin "Şərur MTK"nın nümayəndələri qulaqardına vururlar. Deyirlər ki, nə problem var, yaşayırsınız da...". 

Mənzil mülkiyyətçisi A.Əliyev onun kimi yüzlərlə sakinin bu haqsızlıqla üzləşdiyini deyib: "1000-dən çox sakin evinin sənədini ala bilmir. İsfəndiyar özünəməxsus bir sistem qurub, vətəndaşı əzir, haqqını tapdalayır. 1000-dən çox sakin evinə "kupça" ala bilmir. Bütün sənədlər qaydasındadır, ancaq Şərurlu İsfəndiyar qanunları çeynəyir, heç kimi də vecinə almır. Təsəvvür edin ki, "Şərur MTK"nın bizə satdığı evləri təmir etdirən zaman başımıza açmadıqları oyun qalmadı. Evə kran vasitəsi ilə qaldırdığımız yük üçün şirkət 900 manat pul aldı. Vermək istəməyəndə işığımı kəsirdilər".

Azər Əliyev hesab edir ki, sənədləşmə prosesini qəsdən uzadırlar və burada da ciddi "maraqları" var: "Onun marağı budur ki, alqı-satqı prosesi olarsa, şirkət bunu özü həyata keçirsin. Mənzil addan-ada keçən zaman 2500-3000 manat məbləği özləri mənimsəyirlər. Çıxarış olanda isə, "ASAN xidmət"də  200-300 manat  dövlət rüsumunu ödəyib  alqı-satqını rahat həyata keçirmək olur.   Bu zaman dövlət büdcəsinə pul ödəyirsən. Şərur MTK isə prosesi uzadır , alqı-satqı müdədətində vətəndaşlar satış edə  bilmirlər. Həm  sakinlərə əziyyət  verirlər,  həm də proses baş tutanda kvadrata görə 2500-3000 manat məbləğində pulu  özləri mənimsəyib ciblərinə qoyurlar. Bu yolla həm də dövlət büdcəsinə gedəcək vəsaiti mənimsəmiş olurlar". 

Məsələ ilə bağlı iş adamı   İsfəndiyar Axundovla əlaqə saxladıq. Onun reaksiyası isə belə oldu: "Notariusa getsinlər, çıxarışı oradan alsınlar...".

Şikayəçi isə bildirdi ki, iş adamının bu cavabı absurddur: "Notarius "kupça" vermir. Şirkət tərəfindən sənədlər "BT"-yə göndərilməlidir ki, digər proseslər başladılsın. Bunu özləri yaxşı bilirlər...".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Avqust 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri