“Şərurlu İsfəndiyar”: 50 milyonu itirəndə heç təsir etmədi (Video)
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tanınmış milyoner iş adamı İsfəndiyar Axundov "Şərurlu İsfəndiyar" "Zarafat bir yana" verilişindəki açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, biznesmen veriliş zamanı itirdiyi 50 milyon manatla bağlı səmimi etiraflar edib. O bildirib ki, böyük məbləğdə pul itirməsinə baxmayaraq, bu hadisə onun həyatında gözlənilən qədər ağır iz buraxmayıb.
İsfəndiyar Axundov sahib olduğu obyektlərə baxarkən bəzən yaşadıqlarına inanmaqda çətinlik çəkdiyini söyləyib:
"Belə olur, obyektlərimin qabağında gedib gəzirəm, özümə deyirəm ki, İlahi, yuxu görürəm? Bu mənimdir, bəlkə yalandır".
İş adamı vaxtilə Allahdan ən böyük arzusunun bir tikə çörək tapıb doyunca yemək olduğunu bildirib. O, itirdiyi böyük məbləğin belə bu düşüncəsini dəyişmədiyini qeyd edib:
"Mən Allahdan bir tikə çörək tapıb doyunca yeməyi arzulamışdım. O məbləği itirməyim heç təsir etmədi".
Axundov həmçinin həmin məsələdə onu aldatdığını bildirdiyi şəxslə bağlı da danışıb. O, qarşı tərəfə qarşı hər hansı sərt addım atmadığını və sadəcə iradını bildirdiyini deyib:
"Bu məsələdə məni aldadan adama da heç nə etmədim. Sadəcə dedim: 'Sənə ayıb olsun'".
İş adamının səmimi etirafları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 18 Avqust 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















