Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar Azərbaycan ordusunun zabitinin evini əlindən alır: 25 min AZN ödə evini al…

Şərurlu İsfəndiyar Azərbaycan ordusunun zabitinin evini əlindən alır: 25 min AZN ödə evini al…

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Daimi olaraq mətbuatda bir mənzilin bir neçə nəfərə satılması və qalmaqallı açıqlamaları ilə gündəmə gələn  tikinti maqnatı, iş adamı, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı daha bir şikayət yayımlanıb.

Sitat.info xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Elnur Nağıyev 16 yanvar 2024-cü ildə Saray qəsəbəsində “Şərur MTK”ya məxsus “Jasmin Park” yaşayış kompleksindən ipoteka krediti ilə mənzil götürüb.

Kreditin ödənişi zamanı ona bir neçə ay gecikmənin problem olmadığı bildirilib. Vətənin keiyində dağlarda xidmət keçən zabit keçən bir il ərzində kreditin ödənişini vaxtında edib  və heç bir problem olmayıb.Bu ilin mart ayında isə zabit xidmətdə olduğu dövr ərzində ödənişi etdiyini, hər dəfə Bakıya gələ bilmədiyini ona ya hesab nömrəsi və yaxud kart hesabına ödəniş etməyə şərait yaradılmasını istəyib. Lakin şirkətdən belə bir ödəniş növünün olmadığını, pulları yalnız Hollywood şadlıq sarayının ikinci mərtəbəsinə gələrək ödəməli olduğunu qeyd ediblər

“Mən hər dəfə Bakıya gələ bilmədiyimi desəm də buna razı olmadılar. Ödənişi mütləq Hollywood şadlıq sarayının ikinci mərtəbəsinə gələrək ödəməli olduğumu israrla bildirdilər.Bu günə qədər 19800 AZN pul ödəmişəm. Lakin indi şirkət bizdən 3 günlük gecikmə üçün 25 min manat əlavə pul istəyir. Bir sözlə onlar qanun şahdır demirlər, bu şirkət bütün qanunları, mənəvi dəyərlərə tüpürərək qanun bizik deyirlər. Bəzən məcbur qalıb bir neçə ayın pulunu öncədən ödəyirəm. Mən dağlarda postda xidmətdə olan bir zabitəm. 20 illik xidmətim dövründə qazandığım yalnız bu evdir. Ailəmin rahat yaşaması üçün mən məcburən ipoteka kreditinə girməli oldum. Amma “Şərur MTK” şirkəti, nə də onun sahibi İsfəndiyar Axundovun Azərbaycan zabitini dəyər vermədiyinin bir daha şahidi oldu. Dünən aprelin 29-da hərbçi dostlarla problemi yerində həll etmək üçün Hollywood şadlıq sarayında İsfəndiyar Axundovun qəbulunda olduq. İş adamı guya bizə yaxşılıq edəcəyini deyib kağıza rəqəm yazaraq bizə qaytardı. Mühasibatlıqda məlum oldu ki, iş adamı qiyməti daha 5000 manat artırıb. Bir sözlə İsfəndiyar Axundov zabitlərin onun otağına gəlməsini belə özünə həqarət bilərək qiyməti artırdı. Bu Azərbaycan qanunlarını ayaq altına atmaqdır. Mənə deyirlər ki, ya 3 gün ərzində 25 min manat ödə, ya da evi başqasına satırıq.” -mayor Elnur Nağıyev bildirib.

Azərbaycan ordusunda 20 il qüsursuz xidmət edən bir çox medallarla təltif edilən, mayor Elnur Nağıyev Azərbaycan mediasından dəstək istəyib.

“Mənə dəstək olun. Min bir əziyyətlə əldə etdiyim və bu gündə kreditini ödədiyim evimin əlimdən alınmasına imkan verməyin”- mayor Elnur Nağıyev Azərbaycan mediasından dəstək istəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 Aprel 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri