Icma.az
close
up
RU
“Şərurlu İsfəndiyar” özü ilə Tramp arasında fərqi izah etdi: “Kaş savadım olaydı”

“Şərurlu İsfəndiyar” özü ilə Tramp arasında fərqi izah etdi: “Kaş savadım olaydı”

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov ("Şərurlu İsfəndiyar") “Otaq 9” layihəsində verdiyi “Mən oturmuşam - çoban. Amma alimlər işləyir, pullar da gəlir” müsahibəsinə görə tənqid edilməsinə münasibət bildirib.

Turkustan.az pravda.az-a istinadla xəbər verir ki, o, özünə bəraət olaraq Trampın yanında milyarder İlon Maskın olmasını əsas gətirib:

“O da oturub, bütün alimlər işləyir. Dünyada qurub-yaradan, ixtira edən, yol göstərən elə alimlərdir. Alimlər olmasa, təkcə Azərbaycanda yox, dünyada durğunluq olar. Atom bombasına qədər hazırlayıblar.

İstənilən iş adamı nə qədər işləsə də, sonda ən savadlı kadrlarla iş birliyi quracaq. Mən idarəetməni bacarıram, onlar da ixtiranı, yenilikləri. Birləşsək, nələrsə əldə edə bilərik. Mən yaza-poza bilmirəm. Nə olsun, idarəetməni bilirəm, həddindən artıq ağlım, düşüncələrim var. Alimlərsiz tək başıma nailiyyətlərim görünməz. Dar ayaqda çağırırsan, savadlılar köməyə gəlir.

12 nəvəm var, hamısını Amerikada oxutmaq istəyirəm. İkisi artıq oxuyub gəlib, biri mənə kömək edir. İnsan ölənə qədər çalışmalıdır. 8 uşaq olmuşuq, məktəbə gedə bilməmişik. O demək deyil ki, ağlımız da yoxdur. Kaş ki, savadım olardı. Müsahibədə bütün həyatımı danışmışam, həmin hissəyə də qulaq assınlar.

Ayaqqabı görməmişəm, ayaqyalın gəzmişəm. Çox zülmlərlə bu yerə gəlib çatmışam. Bu günə qədər kənardan heç kim dəstək olmayıb. Ağıllı adam savadlı adamdan istifadə etməlidir. Alimə 5-10 min maaş vermək azdır. Ən güclü alimləri xaricə aparıb milyardlara işlədirlər. Onların başında duranlar kimdir? Stalin haranı bitirmişdi? Orta məktəbi də bitirməmişdi, amma idarə edirdi. Onun düşüncələrini alimlər həyata keçirirdi. Alimlər olmasa, iş adamları bir tərəfə çıxa bilməzlər. Ən çox da mənim kimi məktəbə getməyənlər”.

İ. Axundov əlavə edib: "Tramp institutut bitirib. Fərqimiz budur. Kaş oxuyardım, savadım olardı, onda bu gün Azərbaycanda yox, dünyada tanınmış bir adam olardım. Birinci sinfə getməyən adam çobanlıqdan bu zirvəyə qalxıbsa, deməli, bu, Allahın verdiyi istedaddır. Biz əslən ermənistanlıyıq. Qaçqın, evsiz-eşiksiz olmuşuq. Faciələr görmüşük. Buna baxmayaraq, bu yerə gəlib çıxmışam. Allahdan başqa heç kim mənə kömək etməyib”.

O, tikdirdiyi binaların keyfiyyətsiz olması iddiasına, bunun savadsızlığı ilə əlaqələndirilməsinə də cavab verib:

“Fövqəladə Hallar Nazirliyi yeni yarananda obyektlərimi yoxladılar. Təsəvvür edin, FHN ən yaxşı işçilərimin bir neçəsini Nazirlikdə tikintini idarə etmək üçün apardı. Mütəxəssislər gəlib tikitinti işlərimi yoxlasınlar. Zəlzələdə də demişdim ki, insanlar qorxmasınlar. İtalyadan ən birinci ölkəyə beton yoxlayan avadanlıqları da mən gətirmişəm. Çünki bir binanın uçması həyatımı məhv edər. Kosmetik baxımdan kiçik nəsə keyfiyyətli olmaya bilər. Ən güclü mütəxəssisləri gətirin, hazıram. Türkiyədə də işləyirəm. Mənim binalarımdan keyfiyyətli bir bina tapılsa, onda həmin gün həyatımı məhv edərəm, onda mənim yaşamağa haqqım olmaz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri