Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar özünü İlon Maskla müqayisə etdi: Onun da ali təhsili yoxdur

Şərurlu İsfəndiyar özünü İlon Maskla müqayisə etdi: Onun da ali təhsili yoxdur

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gün öncə məşhur iş adamı  “Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun verdiyi açıqlama sosial şəbəkələrdə hələ də müzakirə edilir. İş adamının "Mən oturmuşam başda, çoban, alimlər işləyir, pullar da gəlir” deməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Məsələnin aktuallığını nəzərə alan Manset.az iş adamı İsfəndiyar Axundovla əlaqə saxlayıb. O, özünü amerikalı ixtiraçı və milyarder İlon Maskla müqayisə edib:
"Mask texnikumu qutarıb, onun yanında alimlər işləyir. Bu ayıb işdi bəyəm? Onda Mask desin ki, mən stolun başında otura bilmərəm? Ticarət mərkəzlərindən birinə gedək, mən sizə min alim göstərərəm ki, oturub birinci sinif bitirməyən dükan sahiblərinin yanında satıcı işləyir. Neyləməliyəm? Mən onları işə düzəltməliyəm? Mən bu dəqiqə elə adamlara 10-15 min manat maaş verirəm. Kim onlara elə maaş verər? Mən çobanam deyə stolun başında yox, arxasında oturmalıyam? Mən müdir ola bilmərəm? Bəs işləri kim idarə edər? Mən imkansız insanların ali təhsil almasına çox kömək eləmişəm. Elə adamları elə səviyyəyə çıxartmışam ki... Bu gün elə alim var ki, mənim yanımda işləmək istəyir. Bu mənim günahımdır?".
İsfəndiyar Axundov  “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovun onu məhkəməyə verməsinə də münasibət bildirib:
"Doğru məlumatdır. Emil deyilən şəxs 30 milyona qədər yeyinti edib, onu tutublar. Onun hələ də məhkəməsi davam edir. Təhvil verə bilmədiyi mənzillərin tikintisini davam etdirmişəm.  Emil Səməndərov də deyir ki, mənim yarımçıq qoyduğum işi niyə İsfəndiyara veriblər? Mən həbsdən çıxandan sonra əlavə pul qazanacaqdım. O məndən 5 milyon istəyir ki, həmin binadan qazanacaqdım. İşgüzar nüfuz məsələsinə gəlincə isə Emil Səməndərov 30 milyon pul atıb, hansı işgüzar nüfuzdan danışır? Nüfuzun varıydı sənin? Sən türmədə olanda bu işi mənə veriblər ki, mən yarımçıq işi başa çatdırım".
Məlumat üçün qeyd edək ki, “SpaceX”, “Tesla Motors” şirkətlərinin yaradıcısı və rəhbəri İlon Mask Pretoriya Universitetində təhsil alıb, daha sonra Pensilvaniya Universitetinə  keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:333
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri