Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar siyasətçi və yazarları bahalı restoranına topladı

Şərurlu İsfəndiyar siyasətçi və yazarları bahalı restoranına topladı

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Şərur-İnşaat" Mənzil-Tikinti Korporativinin rəhbəri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) sahibi olduğu bahalı “Hollivud” restoranında şair, yazıçı və siyasətçilərin iştirakı ilə toplantı keçirib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, restoranda yazıçı Məmməd Orucun “Köçürülmə” romanının yeni nəşri, professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin oğuznamə dövrü” elmi əsəri və şair Vaqif Bəhmənlinin “İri planda” (Qulu Məhərrəmlinin həyat və yaradıcılıq portreti) kitablarının təqdimatı keçirilib.

“Vətəndaş Tribunası” İctimai Birliyi və Şərur-İnşaat MTK-nın birgə layihəsi olan tədbirdə qonaqları İsfəndiyar Axundov özü qarşılayıb.

Təqdimata şair, yazıçı və alimlər – Səfər Alışarlı, Məmməd Oruc, Vaqif Bəhmənli, professor Qulu Məhərrəmli, Əfzələddin Əsgər, akademik Muxtar İmanov, Tahir Taisoğlu, Arzu Nehrəmli, Adil Cəmil, Məti Osmanoğlu, siyasətçilər Qafar Əliyev, Nemət Pənahlı və başqaları qatılıb.

Təqdimatı giriş sözü ilə açan “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri, yazıçı Səfər Alışarlı tədbiri QHT-biznes əməkdaşlığının faydalı və yaxşı nümunəsi adlandırıb. O, təqdim edilən kitabların bədii-estetik və elmi-publisistik dəyəri haqqında danışaraq deyib ki, kitabların hər biri öz janrında Azərbaycan ədəbiyyatı, elmi və mətbuat araşdırmaları üçün mühüm əhəmiyyət daşıyır. 1948-51-ci illərdə 100 min azərbaycanlının Ermənistandakı dədə-baba yurdlarından deportasiya edilməsini böyük istedad enerjisi ilə təsvir edən Məmməd Orucun “Köçürülmə” əsəri 30 il əvvəl yazılsa da, öz aktuallığını və bədii dəyərini bu gün də itirmir. Əsərdə bütöv bir elin faciəsi rus imperiyasının müstəmləkə zülmünün bariz təzahürü kimi öz əksini tapır.

Əfzələddin Əsgərin folklor tədqiqatlarını həm elmi, həm də bədii yaradıcılıq üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən S.Alışarlı professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin oğuznamə dövrü” kitabını müasir folklorşünaslığa ciddi töhfə adlandırıb.

Vaqif Bəhmənlinin “İri planda” kitabının Qulu Məhərrəmlinin həyat və yaradıcılığına həsr edildiyini deyən S.Alışarlı onu Azərbaycan mətbuatının realist güzgüsü kimi səciyyələndirib. Kitabda Qulu Məhərrəmlinin 43 illik telejurnalistika fəaliyyəti yüksək qiymətləndirilərək, ona ölkənin az qala yarım əsrlik ictimai-siyasi həyatında baş verən hadisələrin prizmasından baxıldığı qeyd edilib.

Şərur-İnşaat MTK-nın rəhbəri İsfəndiyar Axundov tədbirdə iştirak edən yazıçı, şair, alim və jurnalistləri salamlayaraq belə əməkdaşlığı və həmrəyliyi yüksək qiymətləndirdiyini, Azərbaycan ziyalılarını, ölkədə təhsili, maarifi, eləcə də köməksiz insanları həmişə dəstəklədiyini bildirib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon şöbəsinin sədri Qafar Əliyev müasir Azərbaycanda bütün uğurların rəhni olan Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini bildirib, ölkədə yaradıcı insanlara, elmə və jurnalistikaya dövlət qayğısının daim artırıldığını vurğulayıb.

Qeyd edək ki, İsfəndiyar Axundovun adı son zamanlar bir çox qalmaqallarda hallanıb. O, müsahibələrinin birində yazıb-oxumaq bacarmadığını, amma alimlərin ona işlədiyi söyləmişdi. İş adamı həm də "imkanım olsa, bütün məscidləri söküb yerində məktəb tikərəm" fikiri ilə gündəmə gəlmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri