Şərurlu İsfəndiyardan haqqında yayılan xəbərə reaksiya
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şərur MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) adı yenidən gündəmə gəlib. Bu dəfə ona məxsus şirkətin əməkdaşlarının Sumqayıt şəhərində yerləşən Nəsimi adına Mədəniyyət parkında tikinti məqsədilə sağlam ağacları kəsdiyi iddia olunur.
Məsələ ilə bağlı Globalinfo.az Şərurlu İsfəndiyarın mövqeyini öyrənib.
O, səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini deyib:
“Orada ağac yox idi, əvvəldən birmərtəbəli tikili yerləşirdi. Kim bu iddianı irəli sürürsə, sənədləri təqdim etsin. Həmin ərazi park olmayıb. Biz tikilinin yerləşdiyi sahəni almışıq, köhnə tikilini sökərək yerində çoxmərtəbəli bina inşa etmişik. O birmərtəbəli bina da təxminən 20 ildir mövcud idi. Səsləndirilən fikirlər tamamilə yalandır. Bəzi şəxslər müxtəlif səbəblərdən şayiələr yayır və qərəzli şəkildə bu cür məlumatları dövriyyəyə buraxırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:208
Bu xəbər 29 İyul 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















