“Şərurlu İsfəndiyar”dan ŞOK AÇIQLAMA: “Mən rəsmi şəkildə rektoram”
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov növbəti dəfə diqqətçəkən açıqlaması ilə gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, iş adamı “Zarafat bir yana” verilişində hazırda məktəb tikintisi ilə məşğul olduğunu və həmin məktəblərdən birinin rəsmi şəkildə rektoru olduğunu bildirib:
“Hazırda çox gözəl məktəblər tikirəm. Tək bir məktəbim 10 min kvadratdır. Allahın izni ilə tikinti işləri bitəndə sizi də dəvət edəcəyəm, gəlib baxarsınız. Bəlkə də Azərbaycanda elə bir məktəb yoxdur. Məktəblərdən biri “Neftçilər” metrosunun yaxınlığındadır. Məktəb-bağçadır. Biri “Kubinka”da, biri Hövsandadır. Amma ən yaxşı məktəb dediyim məktəbdir. Yüksək səviyyədədir. Mən həm də həmin məktəbin rəsmi şəkildə rektoruyam. Bu barədə sənədi sizə göstərə bilərəm".
“Təhsil almadan rektor?” sualına isə İsfəndiyar Axundov belə cavab verib:
“Rektorun təhsilə nə dəxli var ki? Bu, vəzifədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Avqust 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















