Icma.az
close
up
RU
Şərurlu İsfəndiyarı qınamayın: məscidləri sökməyib də, nə etsin?

Şərurlu İsfəndiyarı qınamayın: məscidləri sökməyib də, nə etsin?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İş adamı Şərurlu İsfəndiyarın bir neçə gündür “gündəm yaradan” açıqlamasına ötən gün daha biri əlavə edilib. Adam deyir ki, imkanı olsa, məscidləri söküb, yerində məktəb inşa edər!

Qəribə məntiqdir: məktəb tikmək üçün niyə məscid sökülməlidir ki! Ümumiyyətlə, bu nə təfəkkürdür ki, nəyisə tikmək üçün mütləq bir şeyi gərək yıxıb-dağıdasan, sökəsən, atasan?

İllah ki məktəb tikməyə meylin var – ki inanan daşa dönsün – boş torpaq al, geniş, gözəl bir məktəb tik, böyük bir rəhmət qazan!

Ancaq burda “normal məntiqlə” yanaşıb, sosial şəbəkələrdə Şərurlu İsfəndiyarın üstünə gələnlərə mütləq bir “əks-arqument” xatırlatmaq vacibdir.

Əzizlər, bu hörmətli iş adamımız, doğmamız “gözünü açandan” – yəni iş həyatına başlayandan tikmək üçün nəyisə söküb, dağıdıb: məsələn, ağacları, yaşıllıqları, piyada səkilərini, həyətləri, maşın yollarını...

“Şərur” MTK-nın bir-birinin içində, həyətsiz tikilən binalarında “həyət” adına nəsə varmı?

İndiyə qədər Şərurlu İsfəndiyar onlarla, bəlkə, yüzlərlə bina tikib – bir binasının həyətində uşaq bağçası, yaxud uşaqların oynaması üçün meydança, sakinlərin sağlamlığı naminə “yaşıl həyət” cəhənnəm, lap belə “qara”, “ağ” həyət saxladığını görən olubmu?

Bakıda məktəblər yüklənir, 2-3 növbədə çalışmağa məcbur olur, şagird sıxlığı pik həddə çatır: məktəblərin yanındakı ərazilərdə yeni korpuslara ehtiyac var. Ancaq biz nə görürük?

Məktəblərin həyətləri MTK-lar tərəfindən zəbt edilir, məktəb hasarlarının düz dibində balkonları məktəb binasının hasarının üstündən bir neçə metr içəri girən yaşayış binaları ucaldılır, faktiki olaraq məktəblər daş binalarla mühasirəyə alınıb.

Məktəblərin tikinti qaydaları vardı: işıqlı olmasına diqqət edilərdi, məktəb otaqlarına və həyətinə günəş şüasının düşməsinə xüsusi fikir verilərdi, havalı olmalıydı, şagirdlərin göz yorğunluğunu aradan qaldırması üçün pəncərəsi önündə açıqlıq nəzərə alınardı.

Bakıda bu cür məktəblər qalıbmı?

Yeni, açıq ərazidə, geniş alanda tikilən məktəblər belə cəmi 2-3 ildən sonra göydələnlərlə elə əhatələnir ki, məktəbə işıq düşmür.

Şərurlu İsfəndiyarın məntiqini daş-qalaq etməyin: Bakıda artıq bina tikməyə yer yoxdur – yaşıllıq bitib, yollar, səkilər, həyətlər zəbt olunub, indi inanc yerlərinə, dəyərlərə keçmək vaxtıdır.

Məscidləri söküb, yerində binalar ucaltmaq lazımdır. Əminəm ki, tikinti maqnatlarımız Bakıda son vaxtlar ucaldılan və geniş əraziyə malik bir neçə məscidə yana-yana baxırlar ki, bu qədər ərazi “zay” olub – halbuki orda 0 mina tikib, milyardlar qazanmaq olardı...

Bakıda məscidləri söküb, yerində binalar tikəndən sonra keçərik pirlərə, ocaqlara, ibadət yerlərinə.

Onsuz da bir çoxları üçün dəyər qalmayıb – guya ocaq qalsa nə olacaq ki? İmana gələcəklər?

Yeri gəlmişkən, rəhmətlik Füzuli deyirdi ki:

Hər kimin zatında var isə şərarət küfrü,

İslahati-ülum ilə müsəlman olmaz!

İçində şeytan oturanlar üçün nə məscid, nə məktəb...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri