Icma.az
close
up
RU
Menu

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

Starlink in işində nasazlıq yarandı

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

Burak Yılmaz Super Liqa klubunda

Özünü jurnalist kimi təqdim edən İlhami Nəsibov həbs edilib

Debütündə parlayan serb

“Şərurlu İsfəndiyar”ın gizli mesajı: “məscidləri sökərəm” fikri görün nə deməkdir Qarşıdurma təhlükəsi...

“Şərurlu İsfəndiyar”ın gizli mesajı: “məscidləri sökərəm” fikri görün nə deməkdir Qarşıdurma təhlükəsi...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun açıqlamaları müxtəlif yönlərdən müzakirə edilir. O, müsahibə zamanı “əlimdə səlahiyyət olsa, bütün məscidləri söküb, yerində məktəb tikərəm” sözlərini səsləndirib. Bu fikirlər yalnız mənəvi baxımdan yolverilməz sayıla bilməz. Bu, hüquqi baxımdan da araşdırma predmeti sayılmalıdır. Fikrimcə, bu sözlər maqnatın barəsində hüquqi araşdırma aparmağa kifayət qədər imkan verir.

Çoxları onun sözlərini ciddiyə almır, lağlağı edir. Amma nahaq! Kifayət qədər ciddi və təhlükəli fikirlər, təhrikedici çağırışlardır.

Azərbaycan əhalisinin 90 faizdən çoxu müsəlmandır. Demək, o, milyonlarla insanı təhqir edib, onların dini inancına hörmətsizlik göstərib.

44 günlük Vətən müharibəsindən sonra dövlət işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda erməni vandallarının dağıtdığı məscidləri, başqa ibadət yerlərini təmir və bərpa etdirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışlar edirlər. Şuşada, Xankəndidə, Ağdamda, Ağdərədə, Xocalıda, Zəngilanda və başqa işğaldan azad edilən yerlərdə tarixi abidələr, məscidlər yenidən həyata qaytarılıb. Prezident və xanımı məscidlərə Quran kitabları bağışlayırlar.

Burada bir haşiyəyə çıxmaq yerinə düşərdi. Mərhum Prezident Heydər Əliyev ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk Qrupunun həmsədri Keri Kavanonun Ağdam məscidindən ona təqdim etdiyi daş parçasını gördükdə necə kövrəlmişdi. O cür möhkəm iradəli bir lider, dövlət başçısı göz yaşlarını saxlaya bilməmişdi. Ağdam azad edildikdən sonra vaxtilə Ümummilli liderə verilən həmin daş parçası Ağdam Cümə məscidində saxlanır. Mən ötən ilin sentyabrında həmin məscidi ziyarət edərkən o daş parçasının nə qədər böyük bir mahiyyət daşıdığını anladım… O kiçicik daş parçası  düşmənin başına qaya kimi düşdü.

Bəhs etdiyimiz bu qədər həssas bir mövzudur. Sən necə məsuliyyətsiz biri olasan ki, “məscidləri sökərəm” deyəsən. İnanclı insanları təhqir edəsən. İslam dini haqda ağzına gələni danışasan. Dövlətin, Prezidentin bu istiqamətdə dünyaya nümunə sayılacaq fəaliyyətini gözdən salmağa çalışasan. Millətin qutsalına dil uzadasan.

“Şərurlu” “məscidlərin yerində məktəb tikərəm” deməklə manipulyasiya edir. Dinlə dövləti, inancla elmi qarşı-qarşıya qoymağa çalışır – bilərəkdən, ya da bilməyərəkdən. Onun bu məsuliyyətsiz, islamafob fikirləri Azərbaycana beynəlxalq aləmdə ciddi problem yarada bilər. Müsəlman dünyasında ölkəmizi qınaq obyektinə çevirər. Məsələn, ermənilər deyə bilərlər ki, İsfəndiyar Axundov da bizim tayımızdır – islama qarşı savaş açıb. Üstəlik Bakıda yaşayır, kifayət qədər varlı, məşhur, səlahiyyətli şəxsdir. Ermənilər məscidlərdə heyvan saxlayıb müsəlmanları və İslam dinini təhqir ediblər, İsfəndiyar Axundov isə məscidləri dağıtmaq fikrində, niyyətində olduğunu açıq şəkildə səsləndirib. Erməni separatçıları 2023-cü ildə Azərbaycan Ordusunun antiterror əməliyyatları nəticəsində zərərsizləşdirildi. Qarabağdan qovuldular, başçılarının hazırda Bakıda məhkəməsi gedir. Görəsən, yanlarında İ.Axundova yer tapılarmı? Bu ritorik sualın daha ciddi cavab var əslində…

Azərbaycan dövləti Bakının mərkəzində erməni kilsəsini təmir etdirir, onu qoruyur. Ruslara, yəhudilərə, ölkəmizdə yaşayan başqa xalqlara aid bütün müqəddəs abidələri, ibadət yerlərini də həmçinin dağılmağa, dağıdılmağa imkan vermir. Azərbaycan çoxkonfensiyalı, multukultural, dini müxtəlifliyi özündə daşıyan, buna dözümlü yanaşa ölkə olduğunu çoxdan hər kəsə göstərib, tarixə həkk edib. Bunu kimlərəsə xoş gəlmək üçün etməyib. Azərbaycan xalqının təbiəti belədir. Dövlətimiz fərqli dinlərin təmsilçilərinə etiqad azadlığı verir, onlara ibadət azadlığı tanıyır, İsfəndiyar Axundov isə deyir ki, “məscidləri sökərəm, dağıdaram”. Demək bu, yalnız islamafobya deyil, bütün dinlərə, inanclara qarşı dözümsüzlük nümunəsidir! Antibəşəridir! Səni din və dindar adına hansısa şarlatan aldadıb deyə, belə danışmalısan?! Bəlkə, “Şərurlu İsfəndiyar” başqa təriqətin üzvüdür, özünü savadsız, cahil kimi göstərməklə kamuflyaj olur? İctimai rəyə bu cür ziyanlı “toxum” səpir? Onun bu fikri ölkədə ciddi qarşıdurma yarada bilər. Fürsət gözləyən qüvvələr bunu provokasiya edər. Məsələ bu qədər ciddidir yəni.

Onun sözləri barbarlığa çağırışıdırmı? Deyərdim, bəli! Adam açıqca inanclı insanların heysiyyatı ilə oynayır, onları aşağılayır. Ölkədə qarşıdurma yaratmağa çalışır. Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti bu məsələyə qarışmalı, maqnatın ifadəsini almalı, ona sərt şəkildə xəbərdarlıq etməlidir. Necə ki, bəzi jurnalistlər həssas mövzularda ehtiyatsız məqalələr yazanda, dövlətin təhlükəsizliyini təhdid edən, dövlət sirri sayılan məlumatları tirajlayanda haqlı şəkildə hüquq mühafizə orqanlarına dəvət olunurlar, xəbərdarlıq edilirlər, bu məsələdə də eyni şəkildə davranılmalıdır.

İsfəndiyar Axundov daha bir cinayətə yol verdiyini efirdən səsləndirib. Üstəlik, özünü, ailəsini ifşa edib. Deyib ki, övladlarına saxta yolla, rüşvətlə diplom alıb. Bu, çox ciddi qanun pozuntusu, cinayət əməli sayılır. Belə çıxır, övladlarının ali təhsilini təsdiq edən sənəd (diplom) saxtadır. Bu diplomla işə düzəliblərsə, təcili araşdırılıb, işdən uzaqlaşdırılmalıdırlar. Bunu qanun tələb edir.

Ortaya maraqlı sual çıxır: İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Həmin dövrdə təhsil naziri kim olub? “Şərurlu”nun yaşını nəzərə alsaq, demək olar ki, övladları “universiteti” 15-20 il öncə “bitirib”. Bu da Misir Mərdanovun nazir olduğu vaxta təsadüf edə bilər.

Saytımız bu sualla Misir Mərdanova müraciət edib. Onun cavabını başqa yazıda təqdim etmişik.

Məsələyə Elm və Təhsil Nazirliyi də qarışmalıdır. Nazirlik gecikmədən tikinti maqnatının iddialarına rəsmi cavab verməlidir. Həqiqətən belə hal olubsa, ortaya çıxarılmalı, diplom alveri edən şəxslər məsuliyyətə cəlb edilməlidir – Axundovlar ailəsinin bu işdə əli olan üzvləri ilə birlikdə…

Azər Ayxan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see185

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see136

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see135

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see126

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see123

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see123

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see121

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see119

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see117

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see117

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see117

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see116

Özünü jurnalist kimi təqdim edən İlhami Nəsibov həbs edilib

18 Avqust 2025 04:49see115

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri