Şərurlu İsfəndiyarın şirkəti ilə bağlı məhkəmə başlayır 15 minlik cərimə təhlükəsi
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Tikinti maqnatı İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) şirkəti "Şərur" Mənzil-Tikinti Kooperativinin (MTK) məhkəməsi başlayır.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, dekabrın 17-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas Yasamal Rayon Məhkəsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək.
"Şərur" MTK İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə ittiham olunur. Bu maddə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 3500 manatdan 4500 manatadək, hüquqi şəxslərin isə 10 000 manatdan 15 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Baxış sayı:61
Bu xəbər 06 Dekabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















