Serxio Ramosdan karyerası ilə bağlı vacib QƏRAR Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyalı müdafiəçi Serxio Ramos gələcəyi ilə bağlı vacib qərar verib.
BAKU.WS "TyC Sports"a istinadən xəbər verir ki, 38 yaşlı oyunçu Argentinanın "Boka Xuniors" klubuna keçməkdən imtina edib.
Boka Ramosu qışda transfer etməyi ciddi şəkildə düşünürdü. Komandanın baş məşqçisi, Serxionu "Real"da bir yerdə oynamaqdan yaxşı tanıyan Fernando Qaqo bu transferə ümid edirdi. Lakin ispaniyalı Argentina klubuna keçmək istəmir.
Xatırladaq ki, Ramosun son klubu futbolçunun peşəkar karyerasına başladığı "Sevilya" olub. 38 yaşlı futbolçu 2023-cü ilin yayında "azad agent" kimi doğma komandasına qayıdıb. Daha əvvəl müdafiəçi "Real Madrid" və Fransanın "Pari Sen-Jermen" klublarında da çıxış edib.
Ötən mövsüm müdafiəçi "Sevilya"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















