Sərxoş halda vəkilin qucağında oturan qadın QƏZA TÖRƏTDİ VİDEO
Hindistanda vəkilin qucağında oturaraq avtomobil idarə edən rusiyalı qadın qəza törədib.
Avtosfer.az yerli telekanala istinadən xəbər verir ki, hadisə bu yaxınlarda Raypur şəhərində baş verib.
Məlumata görə, Hindistan hökümət dairələrinin birinə məxsus “Tata İndiqo” markalı minik avtomobili xüsusi ayrılmış zolağa hərəkət edərək motosikletə çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb.
Telekanal həmçinin qeyd edir ki, qəza zamanı qadın maşın sürən yerli vəkilin qucağında əyləşib və onlar sərxoş olublar. Hadisədən sonra qadın polis əməkdaşları ilə mübahisə də edib. Onların hər ikisi polis tərəfindən saxlanılıb.
Bildirilir ki, qadın Hindistana turist vizası ilə daxil olub. Onun adı Nodirədir. O, Özbəkistanda anadan olub, lakin Rusiya vətəndaşlığı var.
Namiq Musayev
![see](https://icma.az/template/assets/see.png)