Sərxoş sürücü qəza törətdi, iki sərnişini öldü Video
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Oktyabrın 14-ü saat 01:35 radələrində, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəzada avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itirib:
“Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri səbəbindən ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirir və bir daha sürücülərə müraciət edərək onları əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından cəkinməyə çağırır”.
Bu mövzuda digər xəbərlər:Sərxoş sürücü yol polisindən qaçarkən qəza törətdi Sərxoş imiş VİDEO
13 Aprel 2026 22:03
Sərxoş sürücü qəza törətdi FOTOLAR
11 Yanvar 2026 22:59
Gədəbəydə sərxoş sürücü qəza törətdi
14 Oktyabr 2026 15:52
Sərxoş sürücü öldü
10 Mart 2025 13:32
Bakıda sürücü sərxoş vəziyyətdə qəza törətdi ANBAAN VİDEO
29 Oktyabr 2025 15:26
Baxış sayı:83
Bu xəbər 15 Oktyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















