Sərxoş sürücünün “dəlili”: siqaretin dəmi gəlmişdi
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yol polisi vaxtaşırı olaraq keçirdiyi gecə reydlərinə jurnalistləri də dəvət edir.
Reyd zamanı ən çox martaq doğuran sürücülər məhs sərxoşlar olur. Sosial şəbəkə sərxoş sürücülərin DYP ilə dialoqlarına dair maraqlı videolarla doludur. Sən demə, vəziyyət təkcə bizdə belə deyilmiş.
Avtosfer.az xəbər verir ki, Fransada polisin reydi zamanı bir sürücünün dedikləri sosial şəbəkədə 3 gündür müzakirə olunur.
Polis reyd zamanı 90 km/saat sürət limiti olan yolda 170 km/saat sürətlə hərəkət edən sürücünü saxlayır (məlumat üçün deyək ki, bizdən fərqli olaraq Avropada mobil radarlardan istifadəyə icazə verilir). Yoxlama zamanı onun ayaq üstə dura bilməyəcək qədər sərxoş olduğu müəyyən edilir. Qan analizi zamanı vəziyyət məlum olur: 0,8 promil.
Sürücünün hara tələsdiyini soruşduqda isə cavab maraqlı olur: siqaretin dəmi gəlmişdi, dayana bilmirdim. Maşını da təzə aldığım üçün belə sürətlə getdiyini hiss etmirdim.
Təbii ki, polis bu “dəlillərlə” razılaşmayıb. Yarım milyonluq avtomobil cərimə meydançasına göndərilib, sürücüyə 8 cərimə balı yazılıb. Pul cəriməsinin miqdarı və sürücülük hüququnun ləğvi məsələsini isə məhkəmə həll edəcək.
Vüqar
Oxunub 16
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 19 Fevral 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















