Icma.az
close
up
RU
Sərxoş turistin Trevi fəvvarəsinə girişi ömürlük qadağan edildi

Sərxoş turistin Trevi fəvvarəsinə girişi ömürlük qadağan edildi

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Paytaxt Romadakı məşhur Trevi fəvvarəsinə icazəsiz girən turist 500 avro cərimələndi və ömürlük bu tarixi tikiliyə giriş qadağan edildi.

Medicina.az xəbər verir ki, Yeni Zelandiyadan olan 3 turist Romanın ən məşhur simvollarından biri olan Trevi fəvvarəsinə girmək istəyərkən polis tərəfindən saxlanılıb.

Lakin qrupdan olan 30 yaşlı kişi polisdən qaçaraq birbaşa fontana atılıb.

Roma Paytaxt Polisindən verilən açıqlamada hadisə zamanı həmin şəxsin sərxoş olduğu bildirilib.


1762-ci ildə tamamlanan Trevi fəvvarəsi hər il milyonlarla turisti cəlb edir. Fəvvarənin tarixi quruluşuna zərər verə biləcəyi üçün suya girmək qadağandır.

Belə hadisələrin qarşısını almaq üçün Roma rəhbərliyi keçən il fəvvarəyə maksimum 400 ziyarətçinin eyni anda yaxınlaşmasına imkan verən nəzarət sistemi tətbiq edib.

Səlahiyyətlilər əraziyə girişi pullu etməyi də düşünür.

Roma polisi deyir ki, hər il bir çox insan ayaqlarını və ya su butulkalarını fəvvarəyə qoyduğu üçün cərimələnir.


Hər il Trevi fəvvarəsinin suyuna təxminən 1,5 milyon avro dəyərində sikkələr atılır.

Ənənəvi olaraq arzu üçün edilən bu jest Romadakı xeyriyyə təşkilatlarına əhəmiyyətli gəlir gətirir.

Lakin bu pulları oğurlamağa çalışanların sayı az deyil.

Polis keçən il fəvvarədən pul oğurlamağa cəhd edən bir çox şəxsin tutulduğunu açıqlayıb.

Səlahiyyətlilər Trevi fəvvarəsini qorumaq üçün təhlükəsizlik tədbirlərini artırmağa davam edəcəklərini və bu cür pozuntuların ciddi sanksiyalarla üzləşəcəyini bildirirlər.

Aygün

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 27 Fevral 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri