Sərxoş vəziyyətdə etdiyi hərəkət ölümünə səbəb oldu
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Zaqatalada ayağından xəsarət alan 50 yaşlı kişi xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.
Belə ki, həmin kənd sakini 50 yaşlı İlham Davudov yaşadığı ünvanda sərxoş vəziyyətdə evin pəncərəsinə təpiklə zərbə vurub və ayağından xəsarət alıb.
O, Tibbi Yardım Mərkəzinin Zaqatala Rayon Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da qanaxmadan həyatını itirib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:Sərxoş sürücü 6 aylıq körpənin ölümünə səbəb oldu
20 Noyabr 2025 21:15
Sərxoş halda sürət yarışına çıxdı dostunun ölümünə səbəb oldu
16 Sentyabr 2025 10:16
Sərnişinin ölümünə səbəb olan sərxoş sürücü HƏBS EDİLDİ
03 Dekabr 2024 23:45
İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... VİDEO
07 İyul 2026 14:25
Baxış sayı:124
Bu xəbər 27 Mart 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















