Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Səs küylü bəyanatlar və gerçək geosiyasət

Səs küylü bəyanatlar və gerçək geosiyasət

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın bəzi konqresmenlərinin Ermənistan təşəbbüsünün arxa planı

ABŞ Konqresində bir qrup konqresmenin Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı təşəbbüsü regionda müəyyən müzakirələrə səbəb olub. Məktubda Ermənistan üçün maliyyə dəstəyi ayrılması, Azərbaycana hərbi yardımın dayandırılması və sanksiyaların tətbiqi kimi kifayət qədər sərt tələblər yer alır. İlk baxışdan bu addım Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni bir dönüşün başlanğıcı kimi görünə bilər. Lakin beynəlxalq siyasətin təcrübəsi göstərir ki, bu cür təşəbbüslərin arxasında dayanan siyasi məntiqi anlamaq üçün hadisələrə daha geniş kontekstdə baxmaq lazımdır.

Sərt çağırışlar regionda geosiyasi balansı dəyişə bilərmi?

ABŞ siyasi sisteminin institusional məntiqi ilə tanış olanlar üçün bu sualın cavabı, əslində, aydındır. Konqresdə tez-tez ortaya çıxan bu cür məktublar, qətnamə layihələri və çağırışlar əksər hallarda birbaşa siyasi qərarların qəbuluna yönəlmir, daha çox siyasi siqnal mexanizmi kimi işləyir. Belə təşəbbüslər vasitəsilə konqresmenlər həm öz seçicilərinə, həm də onları dəstəkləyən maraq qruplarına müəyyən mesajlar göndərirlər.

ABŞ siyasi sistemində Konqres yalnız qanunverici orqan deyil, həm də siyasi mövqelərin nümayiş etdirildiyi böyük platformadır. Konqresdə müxtəlif regional və beynəlxalq məsələlər ətrafında formalaşmış siyasi koalisiyalar mövcuddur. Məhz bu koalisiyalar müəyyən mövzuları gündəmdə saxlamaq üçün mütəmadi olaraq bəyanatlar verir, məktublar göndərir və təşəbbüslərlə çıxış edirlər. Deməli, xarici siyasət mövzuları çox vaxt daxili siyasi kommunikasiya vasitəsinə çevrilir. Digər mühüm faktor isə ABŞ-da lobbiçilik institutunun güclü və sistemli xarakter daşımasıdır. Vaşinqton uzun illərdir müxtəlif diaspor təşkilatlarının, biznes qruplarının və ictimai birliklərin siyasi təsir göstərməyə çalışdığı qlobal lobbi mərkəzlərindən biridir. Bu sistem, faktiki olaraq, ABŞ siyasi həyatının institusional elementinə çevrilib. Müxtəlif diaspor şəbəkələri bu mexanizmlərdən aktiv şəkildə istifadə edərək öz maraqlarını Konqres səviyyəsində gündəmə gətirməyə çalışırlar.

Deməli, Konqresdə səsləndirilən təşəbbüsləri təkcə ABŞ dövlət siyasətinin birbaşa ifadəsi kimi oxumaq çox zaman düzgün nəticəyə aparmır. Bunlar daha çox müxtəlif maraq qruplarının siyasi təsir uğrunda mübarizəsinin və ABŞ daxili siyasi balanslarının əks olunduğu mürəkkəb prosesin bir hissəsi kimi qiymətləndirilməlidir.

Vaşinqtonun siyasi gündəmində yenidən fəallaşma?

Sualın cavabını anlamaq üçün diqqəti daha geniş geosiyasi kontekstə yönəltmək lazımdır. Çünki Cənubi Qafqaz artıq əvvəlki kimi yalnız regional münaqişələr prizmasından qiymətləndirilən bir məkan deyil. 2020-ci ildən sonra regionda formalaşan yeni reallıq regionun iqtisadi və nəqliyyat arxitekturasını da yenidən formalaşdırdı. Uzun illər münaqişə və təhlükəsizlik riskləri ilə assosiasiya olunan Cənubi Qafqaz getdikcə daha çox strateji tranzit və logistika mərkəzi kimi qəbul olunmağa başlayır.

Xüsusilə son illərdə qlobal logistika sistemində baş verən dəyişikliklər regionun əhəmiyyətini daha da artırıb. Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutlarının formalaşdırılması, enerji və ticarət yollarının diversifikasiyası kimi məsələlər Cənubi Qafqazı böyük güclərin diqqət mərkəzinə gətirir. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti xüsusilə artır. Çin–Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa xətti boyunca uzanan bu marşrut geosiyasi təsir alətinə çevrilir. Məhz bu məqamda regionun geosiyasi çəkisi artır və bununla paralel olaraq siyasi rəqabət də yeni forma alır. Çünki beynəlxalq siyasətdə iqtisadi və nəqliyyat dəhlizləri çox vaxt siyasi təsir zonalarının formalaşması ilə birbaşa bağlı olur. Hansı ölkənin hansı layihədə hansı rol oynayacağı, hansı dövlətin hansı marşrut üzərində strateji üstünlük əldə edəcəyi artıq qlobal güclər üçün mühüm siyasi məsələdir.

Belə bir şəraitdə informasiya və siyasi təsir mübarizəsinin daha da aktivləşməsi tamamilə gözləniləndir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin mühüm hissəsi narrativlərin formalaşdırılması, beynəlxalq rəyin istiqamətləndirilməsi və siyasi gündəmin müəyyənləşdirilməsi üzərindən həyata keçirilir. Başqa sözlə desək, müasir geosiyasətdə təsəvvürlər və siyasi interpretasiyalar uğrunda mübarizə gedir. Hansı ölkə haqqında hansı obrazın yaradılması, hansı hadisənin hansı kontekstdə təqdim olunması və hansı mövzunun beynəlxalq siyasi gündəmdə saxlanılması strateji əhəmiyyət daşıyır. Çünki formalaşdırılan siyasi narrativlər sonradan diplomatik qərarların, sanksiya mexanizmlərinin və beynəlxalq siyasi münasibətlərin əsaslandırılmasına çevrilə bilər.

Deməli, ABŞ Konqresində səsləndirilən çıxışları geniş siyasi kommunikasiya strategiyasının elementi kimi də qiymətləndirmək mümkündür. Onlar bir tərəfdən müəyyən maraq qruplarının siyasi aktivliyini göstərir, digər tərəfdən isə region ətrafında formalaşan beynəlxalq diskursun istiqamətinə təsir etməyə çalışır.

ABŞ Konqresində çağırışlar və Cənubi Qafqazda geosiyasi durum

Bu suala cavab vermək üçün real geosiyasi konfiqurasiyadan çıxış etmək lazımdır. Cənubi Qafqazın geosiyasi arxitekturası bir neçə mühüm amilin – regional güclərin maraqları, beynəlxalq enerji layihələri, nəqliyyat dəhlizləri və təhlükəsizlik balansının qarşılıqlı təsiri nəticəsində formalaşır. Bu baxımdan ABŞ Konqresində səsləndirilən təşəbbüslərin həmin balansı fundamental şəkildə dəyişməsi ehtimalı olduqca aşağı görünür.

Vaşinqtonun rəsmi siyasətinə diqqət yetirdikdə bu daha aydın görünür. ABŞ administrasiyasının Cənubi Qafqaz üzrə mövcud strategiyası əsasən üç əsas istiqamət üzərində qurulub: regionda sabitliyin qorunması, iqtisadi və nəqliyyat kommunikasiyalarının inkişafının təşviqi və Ermənistanla Azərbaycan arasında sülh prosesinin dəstəklənməsi.

Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi və logistika marşrutlarının diversifikasiyası böyük güclərin prioritetləri arasında xüsusi yer tutur. Avropanın enerji təminatı, Asiya ilə ticarət marşrutlarının şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin sabitliyi kimi məsələlər Cənubi Qafqazın strateji əhəmiyyətini artırır. Region artıq qlobal iqtisadi əlaqələrin mühüm tranzit qovşağı kimi qiymətləndirilir. Belə bir şəraitdə sabitliyin qorunması və regional əməkdaşlığın təşviqi Vaşinqton üçün daha rasional strateji seçim kimi görünür.

Məhz buna görə də Konqresdə səsləndirilən bəzi sərt təşəbbüslər daha çox siyasi və simvolik xarakter daşıyır. Onlar real geosiyasi strategiyanın dəyişməsindən daha çox ABŞ siyasi sistemində mövcud olan lobbi şəbəkələrinin və daxili siyasi rəqabətin nəticəsi kimi ortaya çıxır. Başqa sözlə desək, Vaşinqton siyasətində bəzən ən sərt ritorika belə ən ciddi strateji qərar demək deyil. ABŞ kimi mürəkkəb siyasi sistemdə Konqres təşəbbüsləri, lobbi fəaliyyətləri və administrasiyanın real xarici siyasət kursu paralel şəkildə mövcud olur və hər zaman eyni istiqamətdə hərəkət etmir.

Müəyyən siyasi təşəbbüslərin və ya sərt ritorikanın zaman-zaman gündəmdə səs-küy yaratması təəccüblü deyil. Beynəlxalq siyasətdə belə epizodlar tez-tez baş verir. Lakin onlar əksər hallarda strateji proseslərin istiqamətini dəyişmir. Cənubi Qafqazın uzunmüddətli geosiyasi trayektoriyası daha fundamental faktorlar – regional sabitliyin möhkəmlənməsi, nəqliyyat və enerji layihələrinin inkişafı, eləcə də Ermənistanla Azərbaycan arasında sülh prosesinin davamlılığı ilə müəyyən olunur. Davamlı sülh regional təhlükəsizlik arxitekturasının möhkəmlənməsini təmin edir. Azərbaycan və Ermənistan arasında etimadın artırılması, sərhəd gərginliyinin minimuma endirilməsi, silahlı insidentlərin qarşısının alınması və qarşılıqlı monitorinq mexanizmlərinin işləməsi uzunmüddətli sabitlik üçün əsasdır.

Son olaraq qeyd edək ki, ABŞ Konqresində Ermənistanla bağlı səsləndirilən çağırışları Cənubi Qafqaz siyasətində fundamental dönüş kimi qiymətləndirmək doğru olmaz. Daha çox beynəlxalq siyasətin yaxşı tanınan bir reallığını xatırladır: qlobal siyasətdə bəzən ən səsli bəyanatlar belə ən təsirli qərarlar demək olmur. Regionun gələcəyini isə geosiyasi maraqların balansı, iqtisadi layihələrin dərinləşməsi və sülh prosesinin davamlı şəkildə irəliləməsi müəyyən edəcək.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 02:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri