Icma.az
close
up
RU
Səs qəzeti 35 illik şərəfli tarixi yolda

Səs qəzeti 35 illik şərəfli tarixi yolda

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli mətbuatımızın 150 illiyinin 35 ili
Milli mətbuatın 150 illik tarixində özünəməxsus yeri olan "Səs" qəzeti çətin, mübarizələrlə dolu şərəfli yol keçib. Müstəqil Azərbaycanın demokratik inkişaf yolunda müstəsna xidmətləri olan, yarandığı zamandan xalqın səsini səsində birləşdirərək, dünyaya Azərbaycanın səsini çatdıran "Səs" qəzeti artıq 35 yaşını qeyd edir. Çap olunmağa başladığı ilk gündən elə ölkənin həyatında tanınan, Azərbaycan həqiqətlərinin xalqa çatdırılmasında obyektivliyi ilə seçilən "Səs" bir mətbu orqan kimi hər zaman oxucu diqqətində olub. Bu mətbu orqan ədalətə, haqqa səslədi milyonlarla insanları. Təlatümlü zamanda xalqın səsini ucaltdı. Müstəqilliyə gedən yolda, "Qoy ədalət zəfər çalsın" prinsipini əsas götürərək qısa zaman məsafəsində Azərbaycanda bu qələbənin təntənəsini səhifələrində dərc etdirdi. Öz çoxminli oxucularının ümidlərini doğrultdu. Bu gün "Səs" qəzeti mətbuatımızın, azad sözün inkişafına öz mühüm töhfəsini verməkdədir. Məqalələri, analitik və təhlil yazıları ilə insanların məlumatlandırılması, maarifləndirilməsi kimi mühüm missiyanı uğurla həyata keçirir. Təsis edildiyi gündən bu günədək "Səs" qəzetinə ən yüksək qiyməti də elə, məhz "Səs qəzeti mənim üçün ən əziz qəzetdir", - deyən Ümummilli Liderimiz Heydər Əliyev verib.

HƏQİQƏTLƏRİN CARÇISI

İlk nömrəsindən bu günə qədər tutduğu yolu davam etdirərək, amalının müdafiəçisi tək zamanın səsini bəyan edib. Azərbaycanın 35 illik tarixi səhifələrinə həkk olunub. "Səs" ictimai-siyasi qəzeti yaşadığı zamanın hesabatında qürurla, dəyanətlə dayanıb çağdaş dünyamıza həqiqətləri çatdırıb. 35 ildə saxta tarixdən deyil, zamanın həqiqətlərindən, burulğanlı, təlatümlü, mübarizəli, mücadilə ilə dolu bir dövründən - müstəqilliyimizdən söz açıb. Zamanımız üçün fəxarətlə səhifələdiyimiz səhifələrdə milli düşüncə, milli qeyrət, heysiyyət, qəhrəmanlıq, azadlıq kimi məfhumlarla qarşılaşırıq. Milli mətbuatımızda çəkisi, yeri olan "Səs" qəzetinin çağdaş dünyamızın aynası və tərəzisidir.
Tarixə səyahət edərək bildirək ki, "Səs" qəzetinin yaranması 1990-cı illərin hadisələri ilə - Azərbaycanda milli-azadlıq hərəkatının başlaması ilə bağlıdır. Həmin illərdə Azərbaycanda yaşanılan ictimai-siyasi böhran, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və soyqırımı siyasəti, olduqca ağır sosial-iqtisadi durum, insanların üzləşdikləri çətinlikləri qəzet səhifələrində işıqlandırıldı. Gerçəklik qəzetin səhifələrinə yol açdı. Real mənzərəni geniş ictimaiyyətə çatdıran yeganə mətbu orqan "Səs" qəzeti idi. "Səs" qəzeti o zaman Azərbaycanda daha çox oxunan, əldən-ələ gəzən mətbu orqana çevrilmişdir. "Səs" üçün yaşanılan illər hamar olmayıb. Elə ilk addımından təzyiqlə üz-üzə qalıb, sonralar qəzetə dəfələrlə hücumlar edilib. Lakin bu hərəkətlər vətəni sevən, həqiqətən, Vətən keşiyində duran qəzetin fədakar kollektivini haqq-ədalət yolundan, milli mücadilədən çəkindirməyib. AXC-Müsvat hakimiyyəti illərində bu qəzetə qarşı davamlı basqılar, hücumlar baş qaldırılır, orada çalışan qəzet heyətinə təhdidlər yağdırılırdı. Hətta bir neçə dəfə qəzetin redaksiyasına silahlı hücumlar da təşkil olunmuş, jurnalistlərə xəsarətlər yetirilmişdi. Ancaq bütün bunlara baxmayaraq, nəşr öz fəaliyyətini qətiyyətlə davam etdirir, heç bir təhdiddən, hücumlardan çəkinmədiyini sübuta yetirirdi.Qeyd etmək yerinə düşərdi ki, o dövrdə ölkə regionları arasında Naxçıvan daha çətin durumda idi. Bu bölgənin problemlərini, insanların üzləşdikləri çətinlikləri real şəkildə geniş ictimaiyyətə çatdıran yeganə mətbu orqanı isə "SƏS" qəzeti idi. Bu baxımdan, "SƏS" qəzeti o zaman Azərbaycanda daha çox oxunan, bir nömrəli qəzet sayılırdı. Bütün insanlar, xüsusilə də, ölkədə gedən ictimai-siyasi, proseslərdən real, düzgün məlumat əldə etmək istəyənlər, məhz "SƏS" qəzetini oxuyurdular.

MÜBARİZLİYƏ VERİLƏN BÖYÜK QİYMƏT

Ümummilli Liderimiz Heydər Əliyevin çıxışlarını, ideyalarını təbliğ etməkdə vuruş meydanına çevrilən qəzet geri çəkilmədi. Bu prinsipiallıq olmasa idi, 1992-ci ilin oktyabrında ölkə ziyalılarının xalqın iradəsini ifadə edən Ümummilli Lider Heydər Əliyevə ünvanlanan müraciəti "Səs" qəzetində dərc olunmazdı. Ulu Öndərimiz, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı və bu cavab da "Səs" qəzetində yer aldı. Ümummilli Liderin hakimiyyətə gəldikdən sonra "Səs" qəzetini özü üçün doğma qəzet adlandırması da, məhz bu mübarizliyə verilən qiyməti idi.
1991-ci ilin 11 yanvar tarixində ilk sayı işıq görən qəzet elə həmin zamandan bu günə qədər əqidə və prinsipini rəhbər tutaraq, dövlətimizin qarşısında duran çətin sınaqları dəf etmək üçün silahlanıb. Azərbaycanın müstəqilliyinin yaşıdı olan qəzet bu çətin dövrdə azadlıq istiqlalçısı kimi tarixi zamanla bərabər addımladı, şərəfli bir yola körpü saldı və fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrildi. Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması, təbliği, Azərbaycana xidmət idi xalqda bu sevgini oyadan.

Şərəfli missiyanın daşıyıcısı

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması "Səs"in vətəndaş cəmiyyəti quruculuğunda rolunu daha da fəallaşdırdı. "Səs" mövcud proseslərdən kənarda qalmadı.
"Səs" qəzetinin keçdiyi tarixi yolu, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. YAP-ın yarandığı ilk illərdə "Səs" qəzeti onun fəal təbliğatı ilə məşğul olub, məram və məqsədlərini ardıcıl, məqsədyönlü, məzmunlu və uğurlu şəkildə təbliğ edib. "Səs" qəzeti bu gün də bu şərəfli missiyanın daşıyıcısıdır.
Belə ki, YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "Səs" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir.
"Səs"in yolu Azərbaycan mətbuatı üçün nümunəvi məktəbdir. Bu gün təvazökarlıqdan uzaq olsa da, bildirək ki, "Səs" qəzetinin milli mətbuatımızda özünəməxsus yeri var. "Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə işıqlandırır. Qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri səhifələrində dərc edir. Obyektiv, peşəkar qələm cəmiyyətin maraqlarına, vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "Səs"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir.

İLHAM ƏLİYEV: "1991-Cİ İLİN YANVARINDA İŞIQ ÜZÜ GÖRMÜŞ "SƏS" QƏZETİ QISA ZAMANDA ƏSL MÜSTƏQİL VƏ DEMOKRATİK MƏTBUAT NÜMUNƏSİNƏ ÇEVRİLMİŞDİR"

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti öz yolunu davam etdirir. "Səs" qəzeti bu gün də dövlətə, YAP-ın siyasi kursuna, daşıdığı dəyərlərə sadiqdir və daim bu amal uğrunda çalışır. Zamanla ayaqlaşan qəzet dövrün tələblərinə cavab verir, yenilənir, müasir texnologiyalara sahibdir.
"SƏS"in 20 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbrik məktubunda bildirmişdir: "Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "SƏS" qəzetinin kollektivini fəaliyyətə başlamağı 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş "SƏS" qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq öz mübariz mövqeyindən geri çəkilməmişdir".
Bu gün qəzetin bazasında "Səs" İnformasiya Agentliyi və SəsTV fəaliyyət göstərir. Mətbu orqan hər zaman olduğu kimi, heç şübhəsiz ki, bundan sonrakı dövrdə də öz missiyasını yerinə yetirəcək. Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən "Səs" qəzeti Ümummilli Lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ edib, müasir Azərbaycanın inkişafından, onun müasirləşməsindən, əhalinin sosial rifahının yüksəlməsindən söz açır. Zəfər tariximizi səhifələrinə həkk edən qəzet bu gün Böyük qayıdışımızdan, abadlıq-quruculuq işlərindən yazır. Məhz bunun nəticəsidir ki, qəzetin oxucularının sayı gün-gündən artır. Sosial şəbəkələrdə on minlərlə izləyicisi var.
Bəli, "Səs" qəzeti müstəqil mətbuat tariximizdə özünəməxsus yeri, dəst-xətti, eləcə də, şərəfli tarixçəsi olan mətbuat orqanıdır. Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqət amalıdır ki, şərəfli yolunda neçə-neçə onillikləri yaşayacaq.
"Səs" qəzetinin 35 illik yubileyi münasibəti ilə əməyi olan kollektivin hər bir üzvünü təbrik edir və onlara dövlətçilik və milli maraqlar uğrunda yaradıcılıq uğurları arzulayırıq. Qoy həmişə qələmimiz iti, sözümüz kəsərli olsun.

Zümrüd BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri