Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı RƏSMİ
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Yasamal rayonunda yerlən 308 nömrəli məktəb direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəb və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - deyə qeyd olunub.
Araşdırmanın nəticəsi barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, iddialara görə, sözügedən məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi halları da var.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Sentyabr 2025 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















